Qobustanın su təchizatı yaxşılaşdırılır - FOTO
“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, açılış mərasimində ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Qobustan şəhərinin su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı çərçivəsində həyata keçirilir və 2014-cü ilin sonuna qədər Qobustan şəhərinin və 7 kəndin içməli su təchizatı yenidən qurulacaq: “2011-ci ildə icrasına başlanmış layihənin artıq 1-ci mərhələsi yekunlaşaraq bu gündən ilk suyun Qobustan şəhəri sakinlərinə verilməsinə başlanılıb. Növbəti mərhələdə isə Azərbaycan hökumətinin Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirəcəyi layihəyə uyğun olaraq Qobustan şəhərinin və 7 kəndin içməli su şəbəkəsi tamamilə yenidən qurulacaq, şəhərdə kanalizasiya şəbəkəsi yaradılacaq, çirkab sutəmizləyici qurğu tikiləcək. Layihə çərçivəsində tender elan olunub və 2012-ci ilin ikinci yarısında tikinti işlərinə başlanacaq”.
Qeyd edək ki, “Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Qobustan şəhəri, Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Ərəbqədim, Cəmcəmli, Göydərə kəndlərini əhatə edir və ümumilikdə 20 minə yaxın insanın içməli su təchizatının yaxşılaşmasına hesablanıb.
Qobustan şəhərinin və 7 kəndin keyfiyyətli və dayanıqlı su təchizatının aparılması üçün Təsi kəndi yaxınlığında - Qobustan şəhərindən 21 km uzaqlıqda qazılmış subartezian quyularından istifadə olunacaq. Layihənin 1-ci mərhələsinə uyğun olaraq quyu sahəsində artıq 2 subartezian quyusu qazılaraq istismara verilib və onların suyu Qobustan şəhərinə nəql olunur. İçməli suyun nəqli və səmərəli paylanması məqsədilə Bədəlli və Daşarası kəndlərində hər birində tutumu 1000 kubmetr olan 2 su anbarı, Təsi və Bədəllidə qaldırıcı nasos stansiyaları tikilib istifadəyə verilib. 2011 və 2012-ci ilin yanvar-may aylarında dövlət büdcəsindən ayrılan investisiya hesabına Quyu zonasından Bədəlli su anbarı meydançasına qədər 5922 metr (325 mm diametrli), Bədəlli su anbarı meydançasından Daşarası su anbarına qədər 8962 metr (250 mm diametrli), Daşarası su anbarından Qobustan şəhərinə qədər isə 5300 metr (219 mm) uzunluğunda polad borularla magistral su xətti çəkilib.
Layihənin növbəti mərhələsində 8 ədəd subartezian quyusu qazılacaq, ümumi tutumu 5000 kubmetrdən artıq 10 su anbarı inşa olunacaq. Bununla paralel Qobustan şəhərində 60 km uzunluğunda paylayıcı su xətti, 60 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, xlorator və Sukanal İdarəsi üçün inzibati bina və anbar tikiləcək, kəndlərdə isə 30 km-dən artıq paylayıcı su xətti çəkiləcək. Layihədə hər bir evdə su sayğacının quraşdırılması da nəzərdə tutulur.
Qeyd edək ki, “Azərsu” ASC hazırda Qobustan şəhərinin 8300 sakinindən cəmi 1960-na (400 abonent) və ya təqribən 25%-nə xidmət göstərir. Şəhər əhalisinin qalan hissəsi isə suyu fərdi qaydada maşınlarla alır. Qobustan şəhərində kanalizasiya şəbəkəsi, ümumiyyətlə, yoxdur.
İnfrastruktur
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib
Xəbər Lenti
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
"Arzum 9999" ləqəbli tiktoker ev dustaqlığına buraxılıb
Sabahın hava proqnozu açıqlanıb
Gecikdirilmiş 422,8 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub
Azercell Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib
“AzerGold”un KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti görüşünü keçirib
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Hikmət Hacıyev: Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
Naxçıvandan tranzit keçməklə yük aparan maşında 53 kq narkotik tapılıb - FOTO - VİDEO
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi mənimsəmədə ittiham olunur
Ankarada təlim helikopteri qəzaya uğrayıb, yaralılar var
Azərbaycan jurnalistləri Qırğızıstanda "Ala Arça" Dövlət Təbiət Parkını ziyarət ediblər - FOTO
Rusiyanın Odessaya zərbələri nəticəsində bir nəfər ölüb, magistral qaz xəttində yanğın olub
Daha 100 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub - FOTO
Aİ-də Rusiyaya qarşı sanksiyaların qəbulunda fikir ayrılıqları Orbandan sonra da davam edir
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Moti Yeger: Kibertəhlükəsizlik təkcə texniki peşə deyil, müasir cəmiyyətin təməlini qorumaq missiyasıdır
Mehdiabadda üzərində xəsarətlər olan meyit tapılıb
Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə daxil olub
Oleksandr Sırski vəzifədən ayrıldıqdan sonra ilk dəfə danışıb: Ordunu hücum vəziyyətində təhvil verirəm
Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək
İRİA: Rəhbər şəxslərin kibertəhlükəsizlik üzrə maarifləndirilməsi diqqət mərkəzində saxlanılır
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər dünən saxlanılıb
Fərid Osmanov: Azərbaycanda milli kibertəhlükəsizlik sahəsində insan kapitalının inkişafı mühümdür
APA TV-də XƏBƏRAPARAN - CANLI
FHN Bakıda yaşayış binasında 6 liftin fəaliyyətini dayandırıb - VİDEO
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşıb
Fransa 15 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan edir - YENİLƏNİB
Krasnodara dron hücumu olub, bir nəfər ölüb, 10 nəfər yaralanıb
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Nyu-York birjasında təbii qazın dəyəri artıb
Bu günün valyuta məzənnələri
“Bitcoin"in qiyməti 66 min dolları ötüb
Dünya bazarlarında neftin qiyməti 92 dolları ötüb
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən iki nəfəri xilas edib
Tramp ölkəyə idxal edilən generik dərmanlara yeni gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb
KİV: İranla münaqişə zamanı 500-dən çox ABŞ hərbçisi yaralanıb
ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqlayıb - YENİLƏNİB
ABŞ İranın Buşehr şəhərinə zərbələr endirib
Tramp BMT-nin növbəti Baş katibi vəzifəsində FİFA prezidentini görmək istəyir
Tramp ABŞ ordusunun İranla müharibədə 18 hərbçisini itirdiyini açıqlayıb
Pentaqon ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının dəyərini açıqlayıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR
SEPAH Küveytdəki Əli əl-Salem bazasındakı radarlara zərbələr endirildiyini açıqlayıb
Zelenski Sırskini istefaya göndərib, Drapatıy Ukrayna Silahlı Qüvvələrinin komandanı təyin olunub - YENİLƏNİB
UEFA Çempionlar Liqası II təsnifat mərhələsi: “Fənərbaxça” qələbə qazanıb
Azərbaycanda Milli Mətbuat Günüdür