AZAL Bakı-Təbriz marşrutu ilə uçuşlara başlayır

AZAL Bakı-Təbriz marşrutu ilə uçuşlara başlayır
# 21 iyun 2012 12:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İyulun 3-dən etibarən «Azərbaycan Hava Yolları» şirkəti (AZAL) Bakı-Təbriz-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, noyabrın 27-dək davam edəcək uçuşlar hər həftənin II və V günləri müvafiq olaraq saat 22:00-da və 01:15-də «ATR-42» tipli təyyarələrlə həyata keçiriləcək: «Sözügedən aviareysə biletlərin satışına artıq başlanılıb və hazırda hər iki istiqamətdə bir biletin minimal qiyməti 190 manat təşkil edir».

Qeyd edək ki, hazırda Təbriz-Bakı-Təbriz aviareysini İranın «Kish Air» aviaşirkəti də yerinə yetirir. Şirkət Bakıdan Təbrizə uçuşları hər həftənin VI günləri saat 14:15-də «Douglas» tipli avialaynerlə həyata keçirir. Hazırda «Kish Air» şirkətinin Bakı-Təbriz-Bakı aviareysinə biletin qiyməti 159 manata təşkil edir.

Xatırladaq ki, hazırda AZAL və «Iran Air» aviaşirkətləri Bakı-Tehran aviareysi üzrə də uçuşlar yerinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR