Bank Of Baku

Bakıxanov qəsəbəsinə içməli suyun verilməsində fasilələr yaranacaq

Bakıxanov qəsəbəsinə içməli suyun verilməsində fasilələr yaranacaq
# 22 iyun 2012 07:57 (UTC +04:00)
Bakı - APA-Economics. “Azərsu” ASC istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.
ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Sabunçu rayonunda +110 Şərq su anbarından çəkilmiş 4 km uzunluğunda 800 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.
Bununla əlaqədar iyunun 22-23-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin bəzi yerlərinə - Sülh, M.Gəncəvi, Mehmandarov, N.İsmayılov, S.Qocayev, E.Xəlilov, S.Vurğun, M.Fətəliyev küçələrinə içməli suyun verilməsində fasilələr yaranacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR