Azərbaycan memarları Xəzər dənizi üzərindən körpünün inşasını məqsədəuyğun saymırlar
N.Eldarlının sözlərinə görə, Bakı buxtası üzərindən salınaraq Bayıl qəsəbəsi ilə Zığ qəsəbələrinin birləşdirilməsini nəzərdə tutan bu körpünün inşası layihəsi Azərbaycan Memarlar İttifaqının Şəhərsalma Şurasında ölkənin tanınmış memarları və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssislərinin iştirakı ilə müzakirə edilib. Müzakirədə Bakı buxtası üzərindən körpü deyil, Bakı buxtasına paralel yeraltı tunelin inşa edilməsi daha məqsədəuyğun olduğu barədə qərar qəbul olunub.
Xatırladaq ki, adı çəkilən körpünün tikintisinin ilkin layihəsi və texniki-iqtisadi əsaslandırılması Koreya mütəxəssisləri tərəfindən hazırlanıb və baxılmaq üçün Azərbaycan Nazirlər Kabinetinə təqdim edilib. Layihəyə əsasən, bu qurğu Zığdan gələn avtomobilləri birbaşa Bayıla və əks istiqamətdə çatdırmaqla Bakının mərkəzi küçələrində nəqliyyatın sıxlığını azaltmalı və tıxac probleminin qismən həllinə kömək etməlidir. İlkin qiymətləndirmələrə görə, uzunluğu 17 km olacaq körpünün inşası təqribən 2 mlrd. dollara başa gələcək.
Lakin mütəxəssislər bu layihənin gözlənilən qədər effektiv və səmərəli olmayacağını, ən əsası Bakının inkişaf konsepsiyasına uyğun gəlmədiyini bildiriblər. Əvvəla, körpüyə daxil olan nəqliyyat vasitəsi onun sonunadək çatmamış oradan çıxa bilməyəcək ki, bu da avtomobil sahibləri üçün narahatlığın yaranması deməkdir. İkincisi, bu körpüdən istifadə hava şəraitindən asılı olacaq. Belə ki, körpü yalnız o vaxt istifadə oluna bilər ki, küləyin sürəti saniyədə 20 metrdən çox olmasın. Bakı buxtasında isə ayda bir neçə gün küləyin sürəti bundan artıq olur. Üçüncü səbəb körpünün Bayılı Zığ qəsəbəsi ilə birləşdirməsidir, halbuki Bakının Zığ istiqamətində deyil, əksinə, qərb tərəfə inkişaf etdirilməsi nəzərdə tutulur. Yəni, bu körpü Bakının inkişaf konsepsiyasına uyğun gəlmir.
Bunun əvəzində isə memarlar digər layihənin icrasını təklif edirlər. N.Eldarlının sözlərinə görə, Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış «Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl Planı»na əsasən, nəqliyyat probleminin həlli üçün Neftçilər prospekti boyunca və ona paralel sualtı avtomobil tunelinin çəkilməsi təklif olunur. Bu təklif Bakının İnkişaf Konsepsiyasında da əksini tapıb.
Tunel Bayılın əvvəlində, Bəhramgur abidəsindən bir neçə yüz metr əvvəl başlanır və Dəniz Vağzalının köhnə binasınadək davam etməlidir. Tunelin bulvarın kənarına birləşdirilməsi və onun üstünün torpaqla örtülməsi isə bulvarın eninin 20-30 metr artırılması ilə nəticələnəcək. Tuneldə onun əvvəli və sonu ilə yanaşı, daha bir çıxışın olması nəzərdə tutulur ki, bunun Azadlıq meydanında olması təklif edilir. Körpüdən fərqli olaraq, tunelin cəmi 3,6 km uzunluğu nəzərdə tutulur. Bu ideyanı memarların əksəriyyətinin dəstəklədiyini deyən Novruz Eldarlının sözlərinə görə, tunel layihəsinin qiyməti Bakı Buxtası üzərindən çəkilməsi müzakirə olunan körpüyə nisbətən xeyli aşağıdır.
İnfrastruktur
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib
Xəbər Lenti
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
"Arzum 9999" ləqəbli tiktoker ev dustaqlığına buraxılıb
Sabahın hava proqnozu açıqlanıb
Gecikdirilmiş 422,8 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub
Azercell Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib
“AzerGold”un KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti görüşünü keçirib
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Hikmət Hacıyev: Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
Naxçıvandan tranzit keçməklə yük aparan maşında 53 kq narkotik tapılıb - FOTO - VİDEO
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi mənimsəmədə ittiham olunur
Ankarada təlim helikopteri qəzaya uğrayıb, yaralılar var
Azərbaycan jurnalistləri Qırğızıstanda "Ala Arça" Dövlət Təbiət Parkını ziyarət ediblər - FOTO
Rusiyanın Odessaya zərbələri nəticəsində bir nəfər ölüb, magistral qaz xəttində yanğın olub
Daha 100 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub - FOTO
Aİ-də Rusiyaya qarşı sanksiyaların qəbulunda fikir ayrılıqları Orbandan sonra da davam edir
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Moti Yeger: Kibertəhlükəsizlik təkcə texniki peşə deyil, müasir cəmiyyətin təməlini qorumaq missiyasıdır
Mehdiabadda üzərində xəsarətlər olan meyit tapılıb
Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə daxil olub
Oleksandr Sırski vəzifədən ayrıldıqdan sonra ilk dəfə danışıb: Ordunu hücum vəziyyətində təhvil verirəm
Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək
İRİA: Rəhbər şəxslərin kibertəhlükəsizlik üzrə maarifləndirilməsi diqqət mərkəzində saxlanılır
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər dünən saxlanılıb
Fərid Osmanov: Azərbaycanda milli kibertəhlükəsizlik sahəsində insan kapitalının inkişafı mühümdür
APA TV-də XƏBƏRAPARAN - CANLI
FHN Bakıda yaşayış binasında 6 liftin fəaliyyətini dayandırıb - VİDEO
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşıb
Fransa 15 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan edir - YENİLƏNİB
Krasnodara dron hücumu olub, bir nəfər ölüb, 10 nəfər yaralanıb
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Nyu-York birjasında təbii qazın dəyəri artıb
Bu günün valyuta məzənnələri
“Bitcoin"in qiyməti 66 min dolları ötüb
Dünya bazarlarında neftin qiyməti 92 dolları ötüb
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən iki nəfəri xilas edib
Tramp ölkəyə idxal edilən generik dərmanlara yeni gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb
KİV: İranla münaqişə zamanı 500-dən çox ABŞ hərbçisi yaralanıb
ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqlayıb - YENİLƏNİB
ABŞ İranın Buşehr şəhərinə zərbələr endirib
Tramp BMT-nin növbəti Baş katibi vəzifəsində FİFA prezidentini görmək istəyir
Tramp ABŞ ordusunun İranla müharibədə 18 hərbçisini itirdiyini açıqlayıb
Pentaqon ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının dəyərini açıqlayıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR
SEPAH Küveytdəki Əli əl-Salem bazasındakı radarlara zərbələr endirildiyini açıqlayıb
Zelenski Sırskini istefaya göndərib, Drapatıy Ukrayna Silahlı Qüvvələrinin komandanı təyin olunub - YENİLƏNİB
UEFA Çempionlar Liqası II təsnifat mərhələsi: “Fənərbaxça” qələbə qazanıb
Azərbaycanda Milli Mətbuat Günüdür