Bank Of Baku

Azərbaycan noutbuk ixracını genişləndirir

Azərbaycan noutbuk ixracını genişləndirir
# 25 iyun 2012 14:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan ölkədə istehsal olunan noutbuk və tabletləri Qətərə ixrac etmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanda səfərdə olan Qətərin Rabitə və İnformasiya Texnologiyaları Ali Şurasının baş katibi xanım Hessa əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən görüşdə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirilib.

Nazir qeyd edib ki, hazırda Azərbaycanda noutbuk və tablet istehsal olunur və istehsal olunan məhsulların yalnız 1-5%-i xarici ölkələrə ixrac olunur.

İxracın həcmini artırmaq üçün xarici ölkələrlə əlaqələri genişləndirmək lazım olduğunu deyən Ə.Abbasov Qətər tərəfinə Azərbaycandan sözügedən məhsulları idxal etməyə təklif edib: «İki ölkə arasında əlaqələrin genişlənməsi fonunda Azərbaycan Qətərə noutbuk və tabletlər ixrac edə bilərdi».

Öz növbəsində Qətər tərəfi sözügedən təklifi ciddi nəzərdən keçiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR