Azərbaycanın dəniz nəqliyyatı ilə yükdaşımanın həcmi 5,3% artıb

Azərbaycanın dəniz nəqliyyatı ilə yükdaşımanın həcmi 5,3% artıb
# 26 iyun 2012 10:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 5,3% artaraq 5,4 mln. ton təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 61,5%-ni neft yükləri, 38,5%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilib: «Hesabat dövründə dəniz limanlarında 5,2 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib və 0,8% artım qeydə alınıb. İşlənmiş yüklərin 87,3%-ni təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 3,8% artıb».

Cari ilin iyunun 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 40,4 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 42,8% çox idxal yüklərin qalığı olub.

Bundan başqa, yanvar-may aylarında dəniz nəqliyyatı ilə 2 165,9 min nəfər sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,5% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR