Bank Of Baku

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımalar 8%, sərnişindaşıma isə 9% artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımalar 8%, sərnişindaşıma isə 9% artıb
# 27 iyun 2012 10:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 43,9 mln. ton yük və 537 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yükdaşımaların həcmi 7,5%, sərnişindaşımaların həcmi isə 9,1% artıb: «Sərnişinlərin 96,2%-i avtobus, 3,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib».

Hesabat dövründə yük dövriyyəsi 7,7%, sərnişin dövriyyəsi isə 10,1% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR