Bank Of Baku

® Yeni nəsil «Honda CR-V» təqdim olundu - FOTOSESSİYA

<b><font color=red>® </font></b>Yeni nəsil «Honda CR-V» təqdim olundu - <font color=red>FOTOSESSİYA</font>
# 03 iyul 2012 07:30 (UTC +04:00)
APA-nın məlumatına görə, 1995-ci ildən istehsal edilən «Honda CR-V» modelinə indiyə qədər 160 ölkədə 3,5 milyon insan özünü və ailəsini etibar edib. Yapon mühəndisliyinin növbəti uğuru yeni «Honda CR-V 2012» bu etibarı bir daha doğrultmaq fikrindədir.

Avtomobil 2 komplektasiyada təklif olunur: «Honda CR-V» və «Honda CR-V Leather» (dəri oturacaqlarla). Yeni «Honda CR-V» bir sıra cəhətləri ilə sələfindən fərqlənir. O, daha güclü (+20 a/g) 2,4 litrlik VTEC mühərriki ilə təchiz olunub. 4x4 sistemi isə idarəetməni asanlaşdırır.
Avtomobilin eni və təkər bazası eyni qalsa da, salonun uzunluğu 225 mm artıb. Beləliklə, sərnişinlər arxa oturacaqda özlərini daha rahat hiss edə biləcəklər. Sürücünün oturacağı isə kənarlardan daha kip sıxsa da, oturacağın bel hissəsi genişlənib.

«Honda CR-V 2012» həm də qənaətcildir. Yeni ECON düyməsi avtomatik olaraq, real yanacağa qənaət etmək məqsədi ilə avtomobilin yanacaq sərfini artıran kondisioner kimi sistemləri tənzimləyir.

«Honda CR-V» təhlükəsizliyi təmin edən ABS, əyləc gücləndiricisi, təhlükəsizlik yastıqları, həmçinin avtomobillə arxadan toqquşma zamanı zədə riskini azaldan xüsusi anatomik oturacaqla təchiz edilib. Eyni zamanda, yeni arxa görüntü kamerası əvvəlkindən daha rahat və təhlükəsiz park etməyə imkan verir.

Əyləncə və rahatlıq üçün isə avtomobil HFT Bluetooth və USB çıxışla təmin olunub.

Bu modellerlə daha ətraflı www.honda.az saytında tanış olmaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR