Bank Of Baku

Bakının Nizami, Nərimanov və Binəqədi rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakının Nizami, Nərimanov və Binəqədi rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq
# 03 iyul 2012 14:55 (UTC +04:00)
Bakı – APA-Economics. Bakının Nizami, Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Ziya Bünyadov prospektində körpü və tunel tikintisi ilə əlaqədar ərazidən keçən 1200 mm-lik magistral su kəmərinin yeri dəyişdirilir.

Bununla əlaqədar 3, 4 və 5 iyul tarixlərində paytaxtın Nizami, Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR