Bank Of Baku

Sumqayıtın icra başçısı Eldar Əzizov: «Küçəyə baxan obyektlərin müəyyən standartlara uyğun formaya salınmasını tələb edə bilərik»

Sumqayıtın icra başçısı Eldar Əzizov: «Küçəyə baxan obyektlərin müəyyən standartlara uyğun formaya salınmasını tələb edə bilərik»
# 04 iyul 2012 14:09 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

Onun sözlərinə görə, şəhərdəki müəssisələr fəaliyyətini bərpa edir, yeniləri tikilir, yeni iş yerləri yaradılır və əhalinin sayı artır: «Bu, bir tərəfdən bizi sevindirir, digər tərəfdən gündəmə yeni problemlər çıxarır».

Sumqayıtda aparılan abadlıq işlərini sadalayan icra başçısı bildirib ki, artıq Nəsimi və Heydər Əliyev parkları təmir olunub, hazırda isə Heydər Əliyev Mərkəzi tikilir. Həmçinin, Sumqayıtdakı Cümə Məscidinin də yenidən qurulmasına başlanılıb: «Prezidentin tapşırığı ilə Cümə Məscidi tikilir, onun ətrafında yeni kompleks yaradılır və bu da İslama olan münasibətin göstəricisidir».

Sumqayıtın icra başçısı qeyd edib ki, şəhərdə aparılan abadlaşdırma işlərində sahibkarların şəxsi vəsaitlərindən istifadə edilmir: «Əgər həmin obyekt özəldirsə və rekonstruksiya olunursa, əlbəttə ki, vətəndaş bu işin xərcini özü çəkməlidir. Onların daxili işinə qarışmağa bizim ixtiyarımız yoxdur. Amma o obyektlər küçəyə baxırsa, bu bizə aid məsələdir. Biz tələb edə bilərik ki, sahibkar obyektini müəyyən standartlara uyğun formaya salsın».

E.Əzizov bildirib ki, kommersiya obyektlərinin dizaynında İcra Hakimiyyətinin tələbi ilə aparılan dəyişikliklər (məsələn, obyektlərin üzlənməsi və s.) də şəhər meriyasının deyil, obyekt sahiblərinin vəsaiti hesabına aparılmalıdır: «Bu işlər Baş Plana və qanunvericiyə uyğun aparılır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR