Bank Of Baku

Gələn həftədən Düşənbə-Bakı-Düşənbə aviareysi açılır

Gələn həftədən Düşənbə-Bakı-Düşənbə aviareysi açılır
# 04 iyul 2012 15:30 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. “Tajik Air” aviaşirkəti gələn həftədən Düşənbə-Bakı-Düşənbə aviareysi üzrə uçuşlara başlayacaq.

Tacikistanın Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, ilk uçuş bu il iyulun 10-da həyata keçiriləcək.

İyulun 20-dən etibarən Düşənbə-Bakı aviareysi üzrə uçuşlar müntəzəm olaraq həftədə bir dəfə - cümə günləri “Boeing-737” təyyarələri ilə yerinə yetiriləcək.

Uçuş müddəti 2 saat 45 dəqiqədir. Hər iki istiqamətə biletin qiyməti 480 avro, bir istiqamətə biletin qiyməti isə 240 avrodur.

Bakıdan Düşənbəyə uçuş yerli vaxtla saat 07:30-da yerinə yetiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR