“France Telecom”un sabiq baş direktoru şirkətin 35 əməkdaşını intihar həddinə çatdırmaqda ittiham olunur
05 iyul 2012 09:15 (UTC +04:00)
Bakı – APA-Economics. “France Telecom”un sabiq baş direktoru Didye Lombar şirkətin 35 əməkdaşını intihar həddinə çatdırmaqda ittiham olunur.
“APA-Economics”in Fransa KİV-nə istinadən xəbərinə görə, intihar edənlər ölümqabağı yazdıqları məktublarda “dözülməz iş şəraiti” səbəbindən bu addımı atdıqlarını bildiriblər.
Ehtimal olunur ki, işçilərə psixoloji təzyiqdə suçlanan D.Lombarın struktur islahatları onları intihar həddinə çatdırıb. Sabiq baş direktor isə ittihamları rədd edir: “Mənim restrukturizasiya ilə bağlı heç bir planım əməkdaşlara qarşı yönəlməyib. Əksinə, şirkətdəki iş yerlərini qoruyub saxlamağa xidmət edib”.
Qeyd edək ki, D.Lombar “France Telecom” şirkətinə 2005-2010-cu illərdə rəhbərlik edib.

İnfrastruktur
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024
Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub
15:47
17 may 2024