Bank Of Baku

Azərbaycanda patent sisteminin idarəolunmasının avtomatlaşdırılması layihəsinin icrası davam edir - FOTO

Azərbaycanda patent sisteminin idarəolunmasının avtomatlaşdırılması layihəsinin icrası davam edir - <font color=red>FOTO</font>
# 09 iyul 2012 07:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Koreyanın Xarici İşlər və Ticarət Nazirliyi arasında bağlanmış «Əqli mülkiyyət hüquqlarının idarəetmə sisteminin avtomatlaşdırılmasına dair» qrant razılaşması layihəsinin icrası davam edir.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) tərəfindən həyata keçirilən layihə ölkədə «E-Azərbaycan» Dövlət Proqramı çərçivəsində patent sisteminin tam elektronlaşdırılması, e-idarəetmənin tətbiqi, əqli mülkiyyət hüquqlarının qeydiyyatı və mühafizəsi sahəsində e-xidmətlərin göstərilməsi və s. mühüm istiqamətləri əhatə edir.

Hazırda KOİCA-nın Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə Koreyanın tanınmış «Siriussoft corp.» şirkəti tərəfindən əqli mülkiyyət hüquqlarının avtomatlaşdırılmış məlumat axtarış sistemi, elektron sənəd dövriyyəsi, elektron nəşrlər, tədris mərkəzi və s.nin yaradılması istiqamətində işlər aparılır. Sistemin işə salınması üçün zəruri olan server, kompyuter və digər zəruri texniki avadanlıqların bir qismi alınaraq komitədə quraşdırılıb.

Kağız formatında daşıyıcılardan e-idarəetmə sisteminə keçməklə yaradılacaq yeni sistem milli səviyyədə texnoloji yanaşmanın istiqamətlərinin müəyyənləşdirilməsinə yardım edəcək, Azərbaycanda fəaliyyət göstərən şirkətlər, elmi-tədqiqat institutları, universitetlər, tədqiqatçılara patent sisteminə dair informasiyaların asanlıqla əldə edə bilməsinə yardım edəcək. Sistemin tətbiqi elmi-tədqiqat işlərinin genişlənməsinə, ixtiraların, innovasiya məhsullarının çoxalmasına və informasiya texnologiyaları bazarının inkişafına səbəb olacaq.

Qeyd edək ki, Tədris Mərkəzinin yaradılmasında əsas məqsəd əqli mülkiyyət sahəsi üzrə mütəxəssislərin, patent müvəkkillərinin hazırlanması, əqli mülkiyyət obyektləri barədə məlumatların ictimaiyyətə çatdırılmasından ibarətdir.

Layihənin əsas diqqət çəkən məqamlarından biri də əqli mülkiyyət hüququ əldə etmək istəyən iddiaçıların dövlət rüsumu, ekspertiza və s. ödəmələrinin elektron ödəniş sistemi vasitəsilə həyata keçirilməsidir. Artıq bununla bağlı komitənin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent) ilə «Qolden Pay» MMC arasında müqavilə də imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR