Bir imperiyanın künc-bucağında dolaşarkən - REPORTAJ
Türkiyə Böyük Millət Məclisinin başqanı Mustafa Kamal paşa ən yaxın silah arkadaşı, Qərb cəbhəsinin komandanı və Baş Qərargah rəisi İsmət paşaya bu teleqrafı göndərib: “Siz orda yalnız düşməni deyil, millətin nəhs gətirmiş taleyini də yendiniz. İstila altındakı talesiz torpaqlarımızla birlikdə bu gün ən ucqar guşələrinə qədər bütün vətən sizin zəfərinizi qutlayır. Düşmənin istila ehtirası əzminizin və vətənsevərliyinizin yalçın qayalarına başını çarparaq paramparça oldu...”
Türkiyədə soyad qanunu qəbul ediləndə Atatürkün tövsiyəsi ilə İsmət paşanın İnönü soyadını qəbul etməsi də İstiqlal Savaşı zamanı bu bölgədə qazanılmış həlledici zəfərlə bağlıdır. Bu əhval içində “Ford Otosan”ın zavoduna girərkən sol tərəfdəki 3 büstün qarşısında dəqiqələrcə dayanıram: Mustafa Kamal Atatürk, İsmət İnönü, Vəhbi Koçun büstləri. Ukraynadan gələn təcrübəli jurnalist Leonid Qoqolevi çağırıb deyirəm ki, bu 3 büstü sən də çək; Türkiyənin İstiqlal Savaşının iki qəhrəmanı ilə sənaye qəhrəmanı bu adamlardır. Leonid fotoaparatını işə salarkən mən onu bilgiləndirirəm, ilk təşəkkürü də ondan alıram...
İstiqlal Savaşından zəfərlə çıxıb yoxluqlar içində cümhuriyyəti elan edən Mustafa Kamal paşanın əsas məqsədlərindən biri ölkənin milli burjuaziyasını yaratmaq olub ki, bu məqsədin həyata keçirilməsi üçün ən uyğun adamlardan biri Vəhbi Koç idi: Ankarada kiçik mağazası olan Vəhbi bəy 23 aprel 1920-də Türkiyə Böyük Millət Məclisi açılanda ölkədə yazıb-oxuya bilən az saydakı adamdan biri olduğuna görə könüllü olaraq Böyük Millət Məclisinin stenoqrafçısı olmağı öz öhdəsinə götürmüş və bu da cümhuriyyəti quranların diqqətindən yayınmamışdı. Milli burjuaziya hədəfini həyata keçirmək üçün qapıları arxaya qədər açan Mustafa Kamalın güvəndiyi Vəhbi Koça 1927-ci ildən başlayaraq dövlətin ehtiyacı olan avtomobillərin xaricdən gətirilməsi üçün ayrılan pullar həvalə edilmişdi; ABŞ-ın “Ford” firmasının Türkiyədəki nümayəndəliyi də 1928-də Vəhbi Koça verilmişdi. Sonralar türk sənayesinin inkişafı üçün lokomotiv rolunu öz üzərinə götürən Koç Şirkətlər Qrupu indi 88 firmasıyla ölkənin sənaye imperiyasına çevrilib ki, “Ford” firmasıyla minik avtomobillərinin və yük maşınlarının ortaq istehsalı bu imperiyanın onurğa sütununu təşkil etməkdədir. Baş nazir və prezident olduğu dönəmlərdə İsmət İnönü ilə yaxın əlaqəsini heç vaxt kəsməyən Vəhbi Koç, 1950-60-cı illərdə İnönünün lideri olduğu Cümhuriyyət Xalq Partiyası müxalifətdə olarkən bunun sıxıntılarını yaşamış və 27 may və 1960-cı ildəki dövlət çevrilişi ərəfəsində illərdən bəri üzv olduğu CHP-dən istefa vermək məcburiyyətində qalmışdı. Vəhbi Koçun 1920-ci illərin axırında başladığı xarici avtomobillərin Türkiyə nümayəndəliyi missiyası daha sonra avtomobillərin ehtiyat hissələrinin istehsalıyla davam etmiş və 1970-də İtaliyanın “Fiat” firmasıyla ortaqlıq nəticəsində ilk türk yüngül avtomobili bazara çıxmışdı. “Ford” firmasıyla başlayan əməkdaşlıq isə 90-cı illərin axırında Türkiyədə müştərək avtomobil istehsalı ilə zirvəyə çatıb: 1998-də baş nazir Məsut Yılmaz yüngül avtomobillər istehsalı üçün dövlətə aid “Seka” kağız firmasının ərazisini “Ford” zavoduna verərkən sərt tənqidlərə məruz qalmış, tənqidlərdən payını alan prezident Süleyman Dəmirəl isə ““Ford” üçün Çankayanın bağçasını da istəsələr, verərdim” - sözləriylə “Ford”un Türkiyədəki yüngül və yük avtomobilləri istehsalının önünü açmışdı...
“Ford” yük maşınları zavodu
“Ford Otosan” firmasının satış nümayəndəliyinin olduğu təxminən 20 ölkədən gələn jurnalistlərə şirkətin əməkdaşları geniş brifinq verirlər: 1960-da başlamış yük avtomobillərinin istehsalının nəticəsi 2011-də 180 min maşındır. Öyrənirik ki, 2003-cü ildə 25 ədəd yük maşını ixrac edən firma 2008-də bu rəqəmi 2500-ə çıxarmağı bacarıb. Dünya maliyyə böhranı “Ford Otosan”ın da ixracat həcminə mənfi təsir göstərsə də, 2010-dan başlayaraq ixracatın yenidən yüksəlişə keçdiyini görürük. Hal-hazırda 20 ölkəyə yük avtomobili ixrac edən firmanın yeni hədəfi qlobal bazarlara yönəlmək və 3 qitədəki 63 ölkəyə ixracat yapmaqdır. “Ford Otosan” firmasının 41,4%-i amerikan “Ford” firmasına, 41,4%-i Koç Holdinqə aid olub, yerdə qalan 17,2%-lik hissə birjada xalq tərəfindən satın alınıb. “Ford Otosan”ın keçənilki istehsal həcmi 6,3 milyard dollar olub ki, bu rəqəmin 3,5 milyard dolları ixracatdan, 2,8 milyard dolları isə yerli bazardan əldə edilib. Şirkətin qeydiyyatda olan kapitalı isə 1 milyard dollardır. “Ford Otosan” son 10 ildə yük avtomobillərinin satışında sektorun lideridir. İxracatda isə “Mercedes” firmasından sonra ikinci yeri tutur.
İnönü qəsəbəsindəki zavod ehtiyat hissələri istehsalında Avropanın üçüncü böyük mərkəzidir. Firmanın yük avtomobillərinin satışı üçün Türkiyədə 30 satış nümayəndəliyi, 59 təmir nöqtəsi var. Yük avtomobillərinin ixrac edildiyi bölgələr arasında Rusiya, Ukrayna, Gürcüstan. Şimali və Mərkəzi Afrika ölkələrinin önəmli payı var ki, indiki hədəfdə Orta Şərq və Cənubi Amerika ölkələrinə yönəlmək əsas yeri tutur. Yaxın gələcəyin planları arasında Braziliyada yük avtomobilləri istehsal etmək var. Zavodun ümumi sahəsi 1,1 milyon kvadrat metr, qapalı istehsal sahəsi isə 76500 kvadrat metrdir. “Ford Otosan” zavodunun rəhbərlərindən bu məlumatları dinlədikdən sonra istehsal sahələrini gəzib yük maşınlarının texniki cəhətdən gücləndirilməsi sahəsində əldə edilən son nailiyyətlər barədə direktor Mustafa Menküden ətraflı bilgilər aldıq.
Zavodun bağçasındakı nahar ziyafətində isə əcnəbi jurnalistlərin bir-birləriylə daha yaxından tanış olmaq imkanı yarandı; azərbaycanlı həmkarlarım İbrahim və Fərid bəylər, həmçinin “Ford Otosan” firmasının Bakıdakı nümayəndəliyinin işçisi Elvin bəylə geniş fikir mübadiləsi aparandan sonra bizi firmanın içində yüklə birlikdə 56 ton çəkisi olan yük maşınlarının şousunu izləməyə dəvət edirlər. Elvin bəy dedi ki, indi Azərbaycanda ən çox bu yük maşınları satılır, bundan sonra satış həcmi daha da böyüyəcək. Yük avtomobillərinin şousunu izləyərkən İnönü zəfərindən sonra yoxdan var olmuş Türkiyə Cümhuriyyətinin mərhum Vəhbi Koç kimi vətənsevər iş adamları sayəsində haradan haraya gəldiyinə bir daha şahid olduq...
“Gün həmişə çox qısadır...”
İstanbul yolunda gürcü jurnalistlər erkən ayrıldılar. Onlar Sabiha Gökçən adına aeroportdan uçacaqlarına görə bizimlə “Ford Otosan”ın Çiçək Pasajında təşkil etdiyi ziyafətdə iştirak edə bilmədilər. Başda Çağla Sahillioğlu və Mete Mərt olmaqla firmanın qiymətli idarəçilərinin təşkil etdiyi ziyafətə təşrif gətirən klarnet ifaçısının “Kalinka” çalarkən rus jurnalistləri əllərini ciblərinə aparmağa məcbur edə bilməməsini izləmək çox əyləncəli oldu. Küçəyə çıxarkən kefi yerində olan Leonidə “Gün həmişə qısadır, irəliyə davam edirik” - deyirəm. Leonid kimin sözü olduğunu soruşur. “Viktor Şklovskinin” deyirəm. Onu çox sevirəm. 1984-də 93 yaşında öldü. (Qeyd: Vəhbi bəy 1996-nın fevralında 95 yaşında vəfat etdi, o vaxt xatirəsinə bir yazı həsr etmişdim, bir daha rəhmətlə yad edirəm. O, şirkətlərinin fəaliyyətini ailə çərçivəsindən çıxararaq peşəkar idarəçilərə həvalə etdi və işçilərin faydalılıq əmsalına görə Koç imperatorluğunu qura bildi. Kürəkəni İnan Kıraçın qardaşı Can Kıraç xatirələrində yazır ki, Vəhbi bəylə 41 il işləyəndən sonra mənə bundan sonra ona istədiyim dərəcədə faydalı ola bilməyəcəyimi dedi, ona görə yollarımızı ayırdıq. Bu baxımdan Koç Şirkətlər Qrupu təkcə Türkiyə üçün yox, dünya üçün örnəkdir).
30 saniyədən sonra Leonid geriyə dönərək bir daha soruşur:
- O söz necə idi?
- “Gün həmişə qısadır. İrəliyə doğru davam edirik”.
- Kimin sözü idi?
- Viktor Şklovskinin.
- Bəli, onu çox sevirəm...
Eşidənlər eşitməyənlərə, bilənlər bilməyənlərə xəbər versin: bir ölkə Vəhbi Koç və “Ford Otosan” örnəkləriylə böyüyüb inkişaf edir, güclü hala gəlir...
Gecə yarısı Taksimdə ayrılanda Leonid Qoqolev “Gün həmişə qısadır, irəliyə doğru gedirik” - sözünün kimə aid olduğunu bir daha soruşmadı...
İnfrastruktur
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib
Azərbaycan ilə Türkmənistan arasında ilk elektron TIR pilot daşınması keçirilib
Xəbər Lenti
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Moti Yeger: Kibertəhlükəsizlik təkcə texniki peşə deyil, müasir cəmiyyətin təməlini qorumaq missiyasıdır
Mehdiabadda üzərində xəsarətlər olan meyit tapılıb
Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə daxil olub
Oleksandr Sırski vəzifədən ayrıldıqdan sonra ilk dəfə danışıb: Ordunu hücum vəziyyətində təhvil verirəm
Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər dünən saxlanılıb
İRİA: Rəhbər şəxslərin kibertəhlükəsizlik üzrə maarifləndirilməsi diqqət mərkəzində saxlanılır
Fərid Osmanov: Azərbaycanda milli kibertəhlükəsizlik sahəsində insan kapitalının inkişafı mühümdür
APA TV-də XƏBƏRAPARAN - CANLI
FHN Bakıda yaşayış binasında 6 liftin fəaliyyətini dayandırıb - VİDEO
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşıb
Fransa 15 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan edir - YENİLƏNİB
Krasnodara dron hücumu olub, bir nəfər ölüb, 10 nəfər yaralanıb
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Nyu-York birjasında təbii qazın dəyəri artıb
Bu günün valyuta məzənnələri
“Bitcoin"in qiyməti 66 min dolları ötüb
Dünya bazarlarında neftin qiyməti 92 dolları ötüb
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən iki nəfəri xilas edib
Tramp ölkəyə idxal edilən generik dərmanlara yeni gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb
KİV: İranla münaqişə zamanı 500-dən çox ABŞ hərbçisi yaralanıb
ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqlayıb - YENİLƏNİB
ABŞ İranın Buşehr şəhərinə zərbələr endirib
Tramp BMT-nin növbəti Baş katibi vəzifəsində FİFA prezidentini görmək istəyir
Tramp ABŞ ordusunun İranla müharibədə 18 hərbçisini itirdiyini açıqlayıb
Pentaqon ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının dəyərini açıqlayıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR
SEPAH Küveytdəki Əli əl-Salem bazasındakı radarlara zərbələr endirildiyini açıqlayıb
Zelenski Sırskini istefaya göndərib, Drapatıy Ukrayna Silahlı Qüvvələrinin komandanı təyin olunub - YENİLƏNİB
UEFA Çempionlar Liqası II təsnifat mərhələsi: “Fənərbaxça” qələbə qazanıb
Azərbaycanda Milli Mətbuat Günüdür
Çempionlar Liqası: “Sabah” minimalhesablı qələbə qazanıb
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB2
Ermənistan ordusunun hərbçisi ölüb
Səbail rayonunda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
İsrail Qəzzada silah daşıyan nəqliyyat vasitəsini zərərsizləşdirdiyini açıqlayıb
İran və Fransa XİN rəhbərləri ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər
Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb - YENİLƏNİB
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi ilə bağlı araşdırmalar yekunlaşıb
Pentaqon rəhbəri İranı onqat sərt cavabla hədələyib
FHN: Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib
Tramp: İran görüşmək istəyir, ancaq biz mənasız görüşlər keçirməkdə maraqlı deyilik
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Ermənistan güləşçiləri Azərbaycana gəlir
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
Deputat: Alman–Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi tərəfdaşlığı strateji institusional mərhələyə qaldırır