Bank Of Baku

Hacıqabul və Qaradağ rayonlarına içməli suyun verilməsində fasilələr olacaq

Hacıqabul və Qaradağ rayonlarına içməli suyun verilməsində fasilələr olacaq
# 11 iyul 2012 10:00 (UTC +04:00)
Bakı – APA-Economics. Son günlər ölkə ərazisinə düşən yağıntı ilə əlaqədar dağ çaylarındakı sel və daşqınlar nəticəsində Kür çayında bulanıqlıq səviyyəsi normadan dəfələrlə yüksəlib.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-conomics”ə verilən məlumata görə, suyun həddən artıq bulanıq olması ilə əlaqədar (emal üçün suyun yolverilən bulanıqlıq həddi 2000 mq/litr-ə qədər olduğu halda, hazırda bu göstərici 50000 mq/litr-dən yüksəkdir) 11 iyul 2012-ci il tarixində Kür Sutəmizləyici Qurğular Kompleksinin işində fasilələr tətbiq ediləcək.

Bu səbəbdən gün ərzində Hacıqabul şəhəri və rayonun kəndlərinə, həmçinin Bakı şəhəri Qaradağ rayonunun qəsəbələrinə içməli suyun verilməsində fasilələr olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR