Əli Ağaoğlu: «Azərbaycan tezliklə regionun istirahət mərkəzlərindən birinə çevriləcək» - MÜSAHİBƏ
- Əli bəy, «Khazar Islands» layihəsi ilə tanış oldunuzmu?
- Bəli, layihə ilə tanış oldum, inanılmaz dərəcədə təsirləndim. Dünya miqyaslı layihədir. İnşaat işləri ilə də tanış oldum, işlərin necə getdiyini gördüm. İşlər yaxşı gedir. Həm texniki göstəricilər, həm də memarlıq baxımından dünya miqyasında çox uğurlu və möhtəşəm bir layihədir.
- Bu layihəyə qoşulacaqsınız?
- Bu barədə fikirləşirik. Bununla bağlı danışdıq, vəziyyətlə tanış olduq və İbrahim bəyin («Khazar İslands» layihəsini həyata keçirən «Avesta» konserinin rəhbəri - APA) təkliflərini də aldıq. Təbii ki, bu barədə qərarı bir günə, bir saata verə bilmərik. Bunun üçün bütün təklifləri öyrənirik. Mən özümlə texniki bir heyət gətirmişəm və bütün təklifləri öz aramızda bir daha qiymətləndirəcək, müzakirə edəcək və İnşallah birgə görə biləcəyimiz işləri, ortaq nöqtələri tapacağıq.
- Türkiyənin ən böyük investorlarındansınız. Azərbaycanda investisiya mühitini necə qiymətləndirirsiniz? Ümumiyyətlə, bura investisiya yatırımı ilə maraqlanmısız?
- Azərbaycana ilk dəfədir gəlirəm, amma sizin ölkə ilə çoxdan maraqlanıram. Son 7-8 ildə Azərbaycan adambaşına düşən milli gəlirinə görə dünyada ən böyük artım göstəricisinə malikdir. Bakını gəzəndə inkişafı, onun gətirdiyi dəyişiklikləri, müasir şəhər qurulduğunu görmək mümkündür. Burada gözəl layihələr həyata keçirilir. İnanıram ki, yaxın illərdə Bakı dünya səviyyəli şəhər olacaq. Azərbaycanda investisiya yatırmaq üçün şərait var. Amma mən investisiya yatırmaq məsələsində ilk növbədə «Khazar Islands» layihəsi ilə maraqlanıram və ortaq nöqtələrimiz olarsa, hökmən bu layihəyə qoşulacam.
- «Forbes»in qiymətləndirməsinə görə Türkiyənin ən varlı adamısınız. Hazırda Avropada gedən böhran dövründə daha çox pullarınızı artırmağa, yoxsa qoruyub saxlamağa çalışırsınız?
- Əlbəttə ki, artırmağa. Bizdə dayanmaq yoxdur, baş nazir Ərdoğanın sözü ilə desək, yola davam etməliyik. Dayansaq, hər şey bitər, ona görə də yatırımlara davam edirik. Təkcə bu il biz İstanbulda 10 minə yaxın evin tikintisinə başlamışıq.
- Yəni, tikinti sektorunda böhran artıq başa çatıb?
- Türkiyə potensialı böyük olan, iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir. Ona görə də işini düzgün planlaşdıranda hər yerdə iş qurmaq imkanı var. Amma gərək müştərini maraqlandırasan, onun tələblərinə cavab verəsən. Qiymətlərin yaxşıdırsa, hər zaman iş var. Türkiyədə isə inşaat sektoru iqtisadiyyatın lokomotividir. İqtisadi artımda böyük rolu var, ona görə də inşaat sektorunun vəziyyəti iqtisadiyyatın ən mühüm göstəricisidir.
- Türkiyədə xaricilərin əmlak alması asanlaşdırılıb. Sizcə, bu yenilik bazara necə təsir edəcək?
- Təəssüf ki, indiyədək azərbaycanlı və ya ərəb qardaşlarımız Türkiyədə əmlak ala bilmirdi. Bunun üçün şirkət yaradıb əmlakı onun vasitəsilə almalı və ya digər proseslərdən keçməli idi. Yeni qanun xaricilərin əmlak almasını asanlaşdırıb. Mənim fikrimcə, bu yeniliyin təkcə inşaat sektoruna deyil, ümumi iqtisadiyyata böyük dəstəyi olacaq. Hazırda Türkiyədə əsas problemlərdən biri maliyyələşdirmə ilə bağlıdır. Çünki ölkədə ildə 55-60 mlrd. dollar enerji haqqı ödənilir. Bu vəziyyətdə xaricilərin əmlak almaq üçün ödəyəcəyi pullar, məncə, Türkiyənin bu problemi həll etməsinə kömək edəcək.
- Xaricilərin Türkiyədə əmlak almasının asanlaşması yəqin qiymətləri bahalaşdıracaq...
- Hələ 300 il əvvəl Napoleon demişdi ki, «dünya tək dövlət olsaydı, paytaxtı İstanbul olmalıdır». Amma bu qədər mühüm nöqtədə olmasına baxmayaraq, qiymətlər hələ dünya səviyyəsinə çatmayıb. Dünyadakı qiymətləri bilirsiniz, İstanbulda isə orta qiymət 2000-2500 dollar/kv. metr arasındadır. Buna görə də xaricilərin əmlak almasının asanlaşdırılması qiymətlərin artmasına səbəb olacaq. Qeyd edim ki, xaricilərin, xüsusilə körfəz ölkələri vətəndaşlarının Türkiyədə əmlaka böyük tələbatı var. Tələblərin belə artması təbii ki, qiymətlərin də yüksəlməsinə səbəb olacaq.
- Sizin Türkiyədəki layihələrinizə Azərbaycandan investisiyaların cəlb olunması üçün çalışırsınızmı?
- Əlbəttə, əgər Türkiyədə iş qurmaq, investisiya yatırmaq istəyən olsa, bizim layihələr buna açıqdır. Mən azəri qardaşlarımızı Türkiyədə mənzil və əmlak almağa dəvət edirəm. Biz bunun üçün Bakıda satış ofisi də açacağıq. Qeyd edim ki, hələ bu qanunun (xaricilərin əmlak almasını asanlaşdıran qanun - APA) müzakirəsinə başlandığı mart ayından indiyədək, yəni son 2-3 ay ərzində bizim şirkət təkcə İstanbulda 850 dairə (mənzil) satıb. Qarşıdakı 2 il ərzində 2 mlrd. dollarlıq əmlak satmağı planlaşdırırıq.
- Son illər Azərbaycan turizm sektorunu inkişaf etdirməklə bölgənin turizm mərkəzlərindən birinə çevrilir. Sizcə, regiondakı belə böyük rəqabət şəraitində bunu həyat keçirmək mümkün olacaqmı?
- Əlbəttə mümkündür. Mən Bakını, Xəzər sahillərini gəzdim. Dənizi və havası çox gözəldir. Sizdə yeni tikilən gözəl hotellər də var. Mən bu sahədə Azərbaycanın və Bakının şanslı olduğunu düşünürəm və hesab edirəm ki, ölkəniz asanlıqla və tezliklə regionun istirahət mərkəzlərindən birinə çevriləcək.
İnfrastruktur
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib
Azərbaycan ilə Türkmənistan arasında ilk elektron TIR pilot daşınması keçirilib
Xəbər Lenti
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Moti Yeger: Kibertəhlükəsizlik təkcə texniki peşə deyil, müasir cəmiyyətin təməlini qorumaq missiyasıdır
Mehdiabadda üzərində xəsarətlər olan meyit tapılıb
Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə daxil olub
Oleksandr Sırski vəzifədən ayrıldıqdan sonra ilk dəfə danışıb: Ordunu hücum vəziyyətində təhvil verirəm
Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər dünən saxlanılıb
İRİA: Rəhbər şəxslərin kibertəhlükəsizlik üzrə maarifləndirilməsi diqqət mərkəzində saxlanılır
Fərid Osmanov: Azərbaycanda milli kibertəhlükəsizlik sahəsində insan kapitalının inkişafı mühümdür
APA TV-də XƏBƏRAPARAN - CANLI
FHN Bakıda yaşayış binasında 6 liftin fəaliyyətini dayandırıb - VİDEO
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşıb
Fransa 15 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan edir - YENİLƏNİB
Krasnodara dron hücumu olub, bir nəfər ölüb, 10 nəfər yaralanıb
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Nyu-York birjasında təbii qazın dəyəri artıb
Bu günün valyuta məzənnələri
“Bitcoin"in qiyməti 66 min dolları ötüb
Dünya bazarlarında neftin qiyməti 92 dolları ötüb
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən iki nəfəri xilas edib
Tramp ölkəyə idxal edilən generik dərmanlara yeni gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb
KİV: İranla münaqişə zamanı 500-dən çox ABŞ hərbçisi yaralanıb
ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqlayıb - YENİLƏNİB
ABŞ İranın Buşehr şəhərinə zərbələr endirib
Tramp BMT-nin növbəti Baş katibi vəzifəsində FİFA prezidentini görmək istəyir
Tramp ABŞ ordusunun İranla müharibədə 18 hərbçisini itirdiyini açıqlayıb
Pentaqon ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının dəyərini açıqlayıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR
SEPAH Küveytdəki Əli əl-Salem bazasındakı radarlara zərbələr endirildiyini açıqlayıb
Zelenski Sırskini istefaya göndərib, Drapatıy Ukrayna Silahlı Qüvvələrinin komandanı təyin olunub - YENİLƏNİB
UEFA Çempionlar Liqası II təsnifat mərhələsi: “Fənərbaxça” qələbə qazanıb
Azərbaycanda Milli Mətbuat Günüdür
Çempionlar Liqası: “Sabah” minimalhesablı qələbə qazanıb
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB2
Ermənistan ordusunun hərbçisi ölüb
Səbail rayonunda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
İsrail Qəzzada silah daşıyan nəqliyyat vasitəsini zərərsizləşdirdiyini açıqlayıb
İran və Fransa XİN rəhbərləri ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər
Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb - YENİLƏNİB
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi ilə bağlı araşdırmalar yekunlaşıb
Pentaqon rəhbəri İranı onqat sərt cavabla hədələyib
FHN: Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib
Tramp: İran görüşmək istəyir, ancaq biz mənasız görüşlər keçirməkdə maraqlı deyilik
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Ermənistan güləşçiləri Azərbaycana gəlir
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
Deputat: Alman–Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi tərəfdaşlığı strateji institusional mərhələyə qaldırır