“Peugeot” 8 min əməkdaşını ixtisar edəcək
12 iyul 2012 15:23 (UTC +04:00)
Bakı – APA-Economics. Fransanın “PSA Peugeot Citroen” avtokonserni 8 min əməkdaşını ixtisar etmək və Parisdəki yığım zavodunun fəaliyyətini dayandırmaq qərarına gəlib.
“APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, plana əsasən üç min nəfərin çalışdığı zavodda istehsal 2014-cü ildə dayandırılacaq.
Bundan başqa, şirkət böyük avtomobillərə tələbatın azalması ilə əlaqədar Fransanın qərbindəki Renne şəhərindəki zavodda çalışan 5,6 min nəfərdən 1,4 min nəfəri, eləcə də bütün ölkə üzrə avtomobil yığımı ilə əlaqədar olmayan 3,6 min əməkdaşını ixtisar edəcək.
Avtokonsernin icraçı direktoru Filipp Varen ixtisarların səbəbi kimi Avropada borc böhranının davam etməsini göstərib: “Mən bu qərarı bütün ciddiliyi ilə anlayıram”.
Qeyd edək ki, bu ilin birinci yarısında “PSA Peugeot Citroen”in dünya üzrə satışı 13% azalıb.

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024