Bank Of Baku

“Opel” avtokonserninin rəhbəri istefa verib

“Opel” avtokonserninin rəhbəri istefa verib
# 13 iyul 2012 12:29 (UTC +04:00)
Bakı – APA-Economics. Almaniyanın “Opel” avtokonserninin rəhbəri Karl Fridrix Ştrake vəzifəsindən istefa verib.

APA-Economics”in xəbərinə görə, K.F.Ştrake eyni zamanda “General Motors”un Avropa bölməsinin rəhbəri vəzifəsini də tərk edib.

Onun səlahiyyətlərini müvəqqəti olaraq “Opel”in Müşahidə Şurasının üzvü Stiven Qirski icra edəcək.

K.F.Ştrake “Opel”ə 2011-ci ilin aprel ayından rəhbərlik edib. Onun istefasının səbəbləri açıqlanmır. Lakin ehtimal olunur ki, bu, “Opel”i böhrandan çıxarmaqla bağlı qarşısına qoyulan vəzifəni yerinə yetirə bilməməsi ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR