Bank Of Baku

«Azercell»in yeni prezidenti sentyabrda işə başlayır - FOTO

«Azercell»in yeni prezidenti sentyabrda işə başlayır - <font color=red>FOTO</font>
# 14 iyul 2012 08:09 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, 2008-ci ildən şirkətin prezidenti vəzifəsini tutan Əli Ağanı bu vəzifədə Kirill Qaburiç əvəz edəcək.

Qeyd edək ki, Kirill Qaburiç indiyədək Moldovanın «Moldcell» şirkətinin (bu şirkət də «Azərcell» kimi «TeliaSonera» şirkətlər qrupuna daxildir) baş direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, hələlik Əli Ağan «Azercell»in rəhbəri vəzifəsində fəaliyyətini davam etdirəcək. Rəhbərliyin dəyişməsi isə yaxın aylarda başa çatacaq və artıq sentyabr ayından şirkət Kirill Qaburiç rəhbərliyi altında fəaliyyət göstərəcək.

Xatırladaq ki, Əli Ağan «Azercell Telecom»da 2008-ci ildən çalışır. Bundan sonra o, «TeliaSonera» şirkətlər qrupuna Özbəkistanın «Ucell»şirkətinin prezidenti kimi fəaliyyət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR