Bank Of Baku

Bu ilin ilk 6 ayında 71 mindən artıq əmlak qeydiyyata alınıb

Bu ilin ilk 6 ayında 71 mindən artıq əmlak qeydiyyata alınıb
# 17 iyul 2012 10:06 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 71 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb ki, bunlardan da 21 minə yaxını ilkin, 50 mindən çoxu isə təkrar qeydiyyat olub.

«APA-Economics»in məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində 2012-ci ilin birinci yarısında həyata keçirilən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirilib.

Qeyd olunub ki, ilk 6 ayda 16 minə yaxın ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb, hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 51,5 min məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 14 minə yaxın digər müxtəlif məzmunlu arayışlar verilib.

Bu ilin yanvar-iyun ayları ərzində 67 min daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılaraq texniki pasport və 71 min daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR