Bank Of Baku

Cari ilin I yarısında 270-ə yaxın dövlət əmlakı icarəyə verilib

Cari ilin I yarısında 270-ə yaxın dövlət əmlakı icarəyə verilib
# 17 iyul 2012 10:27 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin ilk 6 ayında 270-ə yaxın daşınmaz dövlət əmlakı hüquqi və fiziki şəxslərə icarəyə verilib.

«APA-Economics»in məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində 2012-ci ilin birinci yarısında həyata keçirilən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirilib.

Qeyd olunub ki, əvvəllər bağlanmış və müqavilə müddəti başa çatmış 537 obyekt üzrə icarə müqaviləsinin müddəti uzadılıb, 229 obyektin torpaq sahəsi icarəyə verilib. Qeyri-yaşayış sahələrinin və özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən hesabat dövründə dövlət büdcəsinə 2,4 mln. manat vəsaitin daxil olması təmin edilib.

Cari ilin 1 iyul tarixinə 6384 hüquqi şəxs statuslu dövlət müəssisələri və onların 6491 filiallarının (cəmi 12 875) malik olduğu 140 153 daşınmaz əmlakları barədə məlumatlar Registrdə qeydiyyata alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR