Bank Of Baku

Əmlak Məsələləri Dövlət Komitəsində Kollegiya iclası keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində Kollegiya iclası keçirilib
# 17 iyul 2012 12:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsində 2012-ci ilin birinci yarısında həyata keçirilən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, iclasda digər məsələlərlə yanaşı, dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində tədbirlər haqqında Azərbaycan prezidentinin müvafiq fərmanının icrası istiqamətində görülən işlər də müzakirə edilib.

ƏMDK sədri Kərəm Həsənov bildirib ki, adı çəkilən fərmanın icrası ilə əlaqədar komitənin rəsmi internet saytında xüsusi elektron xidmət bölməsi yaradılıb, tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilib. Fərmana əsasən müvafiq sənədlər barədə informasiya əldə edilməsi məqsədilə komitənin Elektron Hökumətin Dövlət İnformasiya Sisteminə qoşulması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edilib. Bu məqsədlə tələb olunan avadanlıqların quraşdırılması və rabitə əlaqəsinin yaradılması təmin edilib. Hazırda EHDİS vasitəsilə elektron xidmətlərin təşkili məqsədilə müvafiq proqram təminatlarının hazırlanması istiqamətində işlər davam etdirilir.

Komitənin fəaliyyət istiqamətləri üzrə təsdiq edilmiş elektron xidmətlərdən daha aktual hesab olunan daşınmaz əmlakın qeydiyyatı prosesləri ilə bağlı xidmətlərin təşkili məqsədilə DƏDRX-in ərazi idarələri üzrə korporativ kompyuter şəbəkəsi yaradılıb, həmçinin əvvəllər ərazi idarələrində lokal şəkildə fəaliyyət göstərən Daşınmaz Əmlakın Milli Qeydiyyat Sisteminin məlumat bazaları birləşdirilərək vahid məlumat bazası yaradılıb. Bu işlər nəticəsində daşınmaz əmlakla bağlı arayışların və çıxarışların verilməsi üçün müraciətlərin və müvafiq sənədlərin qəbul edilməsi üzrə elektron xidmətlər yaradılıb və bu xidmətlər üzrə tələb olunan ödənişlərin elektron şəkildə həyata keçirilməsi, müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışı üzrə elektron xidmətin yaradılması təmin edilib. Hazırda komitə 3 növ elektron xidmətlər göstərir, yaxın gələcəkdə bu xidmətlərin sayının artırılması üçün tədbirlər davam etdirilir.

İclasda qeyd edilib ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə Azərbaycan prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı zəruri tədbirlər görülüb.

Komitənin fəaliyyətində vətəndaşların müraciət və sorğularının operativ cavablandırılması, şəffaflığın təmin edilməsi məqsədi ilə açılmış 193 nömrəli qaynar xəttinə hesabat dövrü ərzində 64 vətəndaş müraciət edib və bu müraciətlər aidiyyəti üzrə araşdırılaraq və vətəndaşlara operativ cavablandırılıb.

Müşavirənin sonunda komitə sədri fəaliyyət proseslərində şəffaflığın və səmərəliliyin daha da artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi barədə tapşırıqlar verib. K.Həsənov dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı əhaliyə göstərilən xidmət keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılması, bu sahədə şəffaflığın və səmərəliliyin daha da artırılması məqsədilə komitədə elektron xidmətlərin tətbiqinin reallaşdırılması və bu sahədə görülən işlərin daha da sürətləndirilməsinin vacibliyi bildirib.

İclasda komitə tərəfindən göstərilən elektron xidmətlərdən hüquqi və fiziki şəxslərin istifadəsinin genişləndirilməsi məqsədilə ictimai maarifləndirmə və təbliğat isinin daha da gücləndirilməsi ilə bağlı göstərişlər verilib. Qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən elektron xidmətlərin fəaliyyət sahələrinin artırılması istiqamətində həyata keçirilən işlər daha da sürətləndirilməlidir. Komitə sədri dövlət əmlakının səmərəli idarə edilməsi və qorunub saxlanılması, habelə zəbtolunma hallarının qarşısının alınması sahəsində işlərin və bu istiqamətdə nəzarətin gücləndirilməsi barədə tapşırıq verib. Eyni zamanda daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurların və sənədləşdirilmələrin nəzarətdə saxlanılması, lüzumsuz sənədlərin tələb edilməsinə və təkrarçılığa yol verilməməsi, qeydiyyatla bağlı müraciətlərə vaxtında baxılması, xidmət keyfiyyətinin daha da yaxşılaşdırılmasının nəzarətdə saxlanılması bildirilib.

İclasda Komitəyə daxil olan müraciətlərə, ərizə və şikayətlərə mahiyyəti üzrə baxılmasında operativliyin artırılması, süründürməçilik hallarına yol verilməməsi, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, informasiya işinin nəzarətdə saxlanılması, ictimai məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsinin vacibliyi qeyd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR