Bank Of Baku

Azərbaycanda İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 19% artıb

Azərbaycanda İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 19% artıb
# 17 iyul 2012 14:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Cari ilin yanvar-iyun aylarında İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artaraq 673,74 mln. manat olub.

«APA-Economics»in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) bu ilin 6 ayının yekunlarına həsr olunan kollegiya iclasında nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov bildirib.

V.Zeynalovun sözlərinə görə, ötən illə müqayisədə artım tempi İKT sektorunda 19,2%, o cümlədən telekommunikasiya sektorunda 20,5%, İT sektorunda 4,9%, poçt sektorunda 9,3%, informasiya sektorunda isə 21,9% təşkil edib. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 74,3%-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb.

V.Zeynalov bildirib ki, telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 65,4%-i mobil operatorların payına düşməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə real artım tempi 15,9% olub: «Cari ilin 6 ayı ərzində ölkə üzrə ÜDM-in həcmi 25,86 mlrd. manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə real artım tempi isə 1,5% təşkil edib. İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı isə 1,74%-ə çatıb. Cari ilin 6 ayı ərzində qeyri-neft sektoru üzrə ÜDM-in həcmi 12,37 mlrd. manat, real artım tempi isə 11,3% olub. Telekommunikasiya sektoru üzrə əldə olunan gəlirlərin qeyri-neft ÜDM-də payı isə 3,7% təşkil edib».

V.Zeynalov daha sonra hesabat dövrü ərzində nazirlik üzrə 71 yeni iş yeri açıldığını bildirib: «Bu ilin iyul ayının 1-nə RİTN-in birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqqı 322,1 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% çoxdur. Ölkə üzrə telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 695,5 manat, poçt sektorunda isə 211,9 manat olub».

Qeyd edək ki, hazırda respublika üzrə orta aylıq əməkhaqqı 382,6 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR