Bank Of Baku

Ziya Məmmədov: «Bakı-Tbilisi-Qars dəmir yolu 2014-cü ildə tam istifadəyə veriləcək»

Ziya Məmmədov: «Bakı-Tbilisi-Qars dəmir yolu 2014-cü ildə tam istifadəyə veriləcək»
# 18 iyul 2012 12:48 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin sonunadək Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan Türkiyə sərhədinədək olan hissəsi hazır olacaq.

«APA-Economics»in məlumatına görə, bu barədə nəqliyyat naziri Ziya Məmmədov Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsinin həyata keçirilməsi üzrə Üçtərəfli Əlaqələndirmə Şurasının Bakıda keçirilən dördüncü iclasında bildirib.

Türkiyədə də tikinti işlərinin eyni vaxtda başa çatacağını bildirən nazir qeyd edib ki, BTQ dəmir yolu planlaşdırıldığı kimi, 2014-cü ildə tam istifadəyə veriləcək. Məhz 2014-cü ildə sərnişin və yükdaşıma əməliyyatları tam gücü ilə fəaliyyət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR