Bank Of Baku

Azərbaycanda ilin əvvəlindən inşaat kompleksində 5,9 mlrd. manat həcmində investisiyadan istifadə edilib

Azərbaycanda ilin əvvəlindən inşaat kompleksində 5,9 mlrd. manat həcmində investisiyadan istifadə edilib
# 18 iyul 2012 14:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Cari ilin əvvəlindən inşaat kompleksində 5,9 mlrd. manat məbləğində investisiyadan istifadə edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istifadə edilmiş vəsaitin 57,1%-i və ya 3,4 mlrd. manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Ötən ilin birinci yarısına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 29,6%, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 29,5% artıb. Əsas kapitala yönəldilmiş vəsaitin 77,9%-ni və ya 4,6 mlrd. manatını daxili investisiyalar təşkil edib və 38,8% artıb.

Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilib. Bu ilin 6 ayı ərzində ümumi sahəsi 796,7 min kv. metr yaşayış evləri, 360 şagird yerlik ümumtəhsil məktəbləri, 280 yerlik məktəbəqədər uşaq müəssisəsi, 15 çarpayılıq xəstəxana, növbədə 666 nəfəri qəbul etməyə imkan verən ambulatoriya-poliklinika müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində Heydər Əliyev Mərkəzi, «Bakı Crystal Hall» İdman-Konsert Kompleksi, «Qafqaz Bakı City hotel and Rezidences» və «JW Marriott Absheron» hotelləri, Zirə İdman kompleksi, «Xəzri» İstirahət və Sağlamlıq Mərkəzi, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa maqistral avtomobil yolu, Sumqayıt şəhərində «Azgüntex» zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal zavodları, Gəncə şəhərində Alüminium zavodu kompleksi, Goranboy rayonunda Şahmat Məktəbi, Qusar rayonunda Mərkəzi xəstəxana və Şahmat Məktəbi, Masallı rayonunda Soyuducu anbar və İstixana Kompleksləri, Astara rayonunda Olimpiya İdman kompleksi, Kijəba-Ojakəran və Kijəba-Qəcimardə avtomobil yolu, Qazax rayonunda Konserv zavodu və Şahmat Məktəbi, Tovuz rayonunda «Ayan Palace» oteli, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istismara verilib.

Komitədən bildirilib ki, cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 5 924,4 mln. manat vəsaitin 2 402,9 mln. manatından istifadə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR