Bank Of Baku

IBM şirkətinin xalis mənfəəti 7 mlrd. dollara yaxınlaşıb

IBM şirkətinin xalis mənfəəti 7 mlrd. dollara yaxınlaşıb
# 19 iyul 2012 07:54 (UTC +04:00)
Bakı - APA-Economics. Kompyuter texnikası istehsalı və kompyuter xidmətləri göstərilməsi sahəsində dünya liderlərindən olan “International Business Machines” (IBM) şirkətinin xalis mənfəəti bu ilin I rübündə 6,5% artaraq 6 mlrd. 526 mln. dollardan 6 mlrd. 948 mln. dollara yüksəlib.

APA-Economics”in xəbərinə görə, bu barədə şirkətin yaydığı maliyyə hesabatında bildirilir.

Hesabat dövründə şirkətin gəlirləri illik müqayisədə 1,6% azalaraq 51 mlrd. 273 mln. dollardan 50 mlrd. 456 mln. dollara enib.

Qeyd edək ki, 16 iyun 1911-ci ildə yaradılan IBM hazırda aparat və kompyuter təminatı sahəsində ən böyük şirkətlərdən biridir. Dünya üzrə şirkətin filiallarında 400 min nəfərə yaxın əməkdaş çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR