Bank Of Baku

Bu ilin ilk yarısında Azərbaycanda kompyuter istehsalı 13 dəfə artıb

Bu ilin ilk yarısında Azərbaycanda kompyuter istehsalı 13 dəfə artıb
# 19 iyul 2012 14:22 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İlk yarımildə Azərbaycanda sənayedə ən böyük artım kompyuter avadanlıqları, mebel, elektrik avadanlıqları, rezin və plastmas məhsulların istehsalı, eləcə də poliqrafiya fəaliyyətində baş verib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda kompüter avadanlıqlarının istehsalı 12,9 dəfə, mebel istehsalı 3,5 dəfə, elektrik avadanlıqları istehsalı 3,1 dəfə, rezin və plastmas məhsulların istehsalı 3,4 dəfə, poliqrafiya məhsulları istehsalı isə 2,1 dəfə artıb.

İlk yarımildə toxuculuq və geyim məhsulları istehsalında da ciddi artım baş verib - toxuculuq məhsullarının istehsalı 98% və ya təqribən 2 dəfə, geyim istehsalı isə 65% artıb. Eləcə də hazır metal məmulatlarının istehsalı 82%, tikinti materiallarının istehsalı 22,9% çoxalıb.

İlk 6 ayda maşın və avadanlıqların istehsalında 14,4%, maşın və avadanlıqların quraşdırılması və təmirində 13,1%, metallurgiya sənayesində 12,1%, içki istehsalında 11,6%, qida məhsulları istehsalında 5,2% artım baş verib. Digər sahələrdə isə istehsalın azalması müşahidə olunub. Ən ciddi azalma avtomobil və qoşquların istehsalında baş verib - bu sahədə istehsal 76% və ya 4 dəfə aşağı düşüb.

Bu dövrdə ağac emalı və ağac məmulatlarının istehsalı 46,2%, kağız və karton istehsalı 36,9%, tütün məmulatlarının istehsalı 21%, ayaqqabı istehsalı 19%, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı 16,2%, kimya sənayesində istehsal isə 11,1% azalıb.

İlk 6 ayda neft məhsullarının istehsalı 2,5%, əczaçılıq məhsullarının istehsalı isə 2% aşağı düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR