Bank Of Baku

“Azərsu”nun abunəçilərinin sayı 1,11 mln. nəfəri keçib

“Azərsu”nun abunəçilərinin sayı 1,11 mln. nəfəri keçib
# 19 iyul 2012 15:33 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərsu” ASC ölkə üzrə 1110815 abunəçiyə xidmət göstərir.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlakçıların 97%-ni əhali, 3%-ni isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir.

Bu ilin ikinci rübündə içməli su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınmış istehlakçıların sayı 17 135 abunəçi və ya 1,6% artıb. Abunəçi sayında artım əsasən nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına baş verib.

Bu ilin ikinci rübündə 11 350 abunəçi sayğacla təmin olunub. Bununla da ölkə üzrə sayğaclı abunəçilərin sayı 534 385-ə çatıb. Hazırda abunəçilərin 48,1%-i sayğacla təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR