Bank Of Baku

AZAL təyyarə parkını genişləndirir

AZAL təyyarə parkını genişləndirir
# 20 iyul 2012 11:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) təyyarə aviaparkının genişləndirilməsini davam etdirir.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, şirkət sayca ikinci olan «Boeing-767-300ER» tipli hava gəmisini qəbul edib və bununla da AZAL-ın sərnişin təyyarələrinin sayı 22-yə çatıb.

Hazırda aviaşirkətin parkında 7 ədəd «Airbus-320», 4 ədəd «Boeing-757-200», 4 ədəd «ATR-72», 3 ədəd «Airbus-319», 2 ədəd «ATR-42» və 1 ədəd «Boeing-767-300ER» avialaynerləri mövcuddur.

«Boeing-767-300ER» təyyarəsində biznes sinif sərnişinləri üçün 22, ekonom sinif sərnişinləri üçün 176 yer nəzərdə tutulub. Təyyarə birbaşa 14-15 min km məsafəni qət etmək gücünə malik olduğu üçün AZAL-ın dünyanın ən uzaq şəhərlərinə reyslər yerinə yetirmək imkanı mövcuddur.

Qeyd edək ki, 2014-cü ildə AZAL təyyarə parkını bir qədər də genişləndirmək məqsədilə ən yeni «Boeing-787 Dreamliner» təyyarələrini ölkəyə gətirilməsini planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR