Bank Of Baku

Azərbaycanda tikinti şirkətləri inşaat işlərinin həcmini son bir ildə 39% artırıb

Azərbaycanda tikinti şirkətləri inşaat işlərinin həcmini son bir ildə 39% artırıb
# 20 iyul 2012 14:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi müqayisə edilən dövrün səviyyəsini 39,4% üstələyib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, görülmüş ümumi tikinti işlərinin 74,4%-ni yeni tikinti, yenidənqurma və genişləndirmə, 12,3%-ni əsaslı təmir, 2,3%-ni cari təmir, 11%-ni isə sair tikinti işləri təşkil edib.

Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirilmiş ümumi inşaat işlərinin 25,6%-ni, qeyri-dövlət tikinti müəssisələri isə 74,4%-ni həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR