Bank Of Baku

ABŞ Azərbaycanın gömrük orqanlarına müasir texnoloji avadanlıqlarla yardım edəcək

ABŞ Azərbaycanın gömrük orqanlarına müasir texnoloji avadanlıqlarla yardım edəcək
# 21 iyul 2012 10:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. ABŞ Dövlət Departamentinin regional proqramı çərçivəsində mövcud tranzit dəhlizlərin təkmilləşdirilməsinə yardım məqsədilə bu ölkənin nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

ABŞ Ədliyyə Departamentinin nümayəndəsi Robert Peacokun rəhbərlik etdiyi nümayəndə heyətinə İxraca Nəzarət və Sərhədlərin Təhlükəsizliyi Proqramının (EXBS), Ticarətin və Nəqliyyatın Təhlükəsizliyi və Asanlaşdırılması üzrə Məsləhət Qrupunun Miçiqan Universitetinin nümayəndəsi daxil olub. Azərbaycan gömrükçüləri ilə görüşdə R.Peacok bildirib ki, ABŞ Dövlət Departamentinin regional proqramı çərçivəsində mövcud tranzit dəhlizlərin təkmilləşdirilməsi üçün gömrük orqanlarına gömrük nəzarətinin təşkili sahəsində islahatların aparılması və digər əlaqəli məsələlərin həllinə yardımların göstərilməsi nəzərdə tutulur. Bura əsasən müvafiq texnologiya ilə təminat, o cümlədən elektron plomblar və GPS izləmə sistemlərinin tətbiqi və istismarına yardımların göstərilməsi daxildir.

Regionda sözügedən tranzit dəhliz Azərbaycanın Bakı və Gürcüstanın Poti dəniz limanlarını əhatə edir və bu limanlar arasında dəmiryolu vasitəsilə daşımaların təhlükəsizliyi və asanlaşdırılması üçün müasir texnoloji avadanlıqların tətbiqi nəzərdə tutulur. İlkin mərhələdə həmin sahədə mövcud vəziyyət qiymətləndiriləcək və bu məqsədlə nümayəndə heyəti Azərbaycandan sonra Gürcüstana da səfər edəcək. Hələlik isə bu iş yekunlaşmadığı üçün qiymətləndirmənin nəticələri açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR