Bank Of Baku

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələri gəlir üzrə proqnozu 12%-dən çox yerinə yetirib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələri gəlir üzrə proqnozu 12%-dən çox yerinə yetirib
# 23 iyul 2012 16:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin ilk yarısında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan birlik və müəssisələr üzrə 160,5 mln. manat proqnoza qarşı 180 mln. manat gəlir əldə edilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu proqnozla müqayisədə 12,1%, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 14,3% çoxdur.

Bundan başqa, nazirliyin tabeliyində olan birlik və müəssisələr tərəfindən 2012-ci ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinə 20,2 mln. manat, Dövlət Sosial Müdafiə Fonduna isə 7,4 mln. manat vəsait ödənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR