Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin hesabat-seçki konfransı keçirilib
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, konfransda rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi, rabitə birlik və müəssisələrinin həmkarlar ittifaqlarının sədrləri iştirak edib.
Toplantını giriş sözü ilə RİMHİRK-nin sədri Seymur Orucov açaraq konfransın gündəliyi ilə mərasim iştirakçılarını tanış edib. Gündəlikdə Respublika Komitəsinin Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının IV (XXIV) konfransından sonrakı dövr ərzindəki görülən işlər, Təftiş Komissiyasının hesabatı, RİMHİRK-in fəaliyyətinin əsas istiqamətləri, proqramının qəbul edilməsi, sədr, sədr müavini və Təftiş Komissiyasının seçilməsi olub.
Hesabatla çıxış edən S.Orucov bildirib ki, IV (XXIV) Respublika Konfransından keçən dövr ərzində respublikanın həmkarlar təşkilatlarında böyük dəyişikliklər baş verib, qanunvericilik bazası möhkəmləndirilib və həmkarlar təşkilatlarının fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Bu dövr ərzində ölkə iqtisadi cəhətdən daha da dinamik inkişaf edib, əhalinin, o cümlədən rabitəçilərin sosial-iqtisadi vəziyyəti xeyli yaxşılaşıb: «Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının hesabat dövrü 2006-cı ilin martın 10-dan bu günədək olan dövrü əhatə edir. RİMHİRK Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən dövlət və özəl müəssisələrlə əməkdaşlıq münasibətlərini müxtəlif istiqamətlərdə inkişaf etdirməkdədir. Hesabat dövrü rabitə və informasiya texnologiyaları sahəsinə daxil olan «Catel» MMC-də, «Kür EAİ» MMC-də, «Fəriba» MMC-də, «Azərkosmos» MMC-də və «Rabitə Mülki Tikinti» MMC-də ilk həmkarlar təşkilatları yaradılıb».
S.Orucov bildirib ki, RİMHİRK-ın balansında olan «Nabran» istirahət bazası 2011-ci ildə əsaslı təmir edilib. Baza həmkarlar ittifaqı üzvlərinin ailələri ilə birlikdə sağlamlıqlarını bərpa etmək, onların mənəvi istirahətlərini təmin etmək üçün fəaliyyət göstərir: «Hesabat dövründə 5 plenum keçirilib. Plenumlarda «Müasir mərhələdə əməyin mühafizəsi problemlərinin həllində Həmkarlar İttifaqının rolu», «Rabitə müəssisələrində kollektiv müqavilələrin yerinə yetirilməsinin vəziyyəti», «Əmək qanunvericiliyinə əməl edilməsi və kollektiv müqavilələrin yerinə yetirilməsinin vəziyyəti» müzakirə edilib və müvafiq qərarlar qəbul edilib».
Bundan başqa, AHİK-in tədris planına uyğun olaraq RİMHİRK-ın tərtib etdiyi tədris planı üzrə Həmkarlar İttifaqı kadrlarının və fəallarının təhsil və ixtisaslarının artırılması təşkil edilib və hesabat dövrü ərzində 354 nəfər öz təhsilini və ixtisasını artırıb. Hesabat dövründə Respublika Komitəsinə rabitəçilər tərəfindən 5 137 ərizə, məktub və şikayət daxil olub: «Həmkarlar İttifaqı təşkilatının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və onun tabe müəssisələrinin rəhbərləri ilə qarşılıqlı birgə fəaliyyətinin nəticəsində daxil olmuş ərizə və şikayətlərin əksəriyyəti tez bir zamanda aradan qaldırılıb, işçilərin pozulmuş hüquqları bərpa olunub. İşğal olunmuş rayonlardan qaçqın düşmüş rabitəçilər, onların ailələri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, 20 Yanvar rabitəçi şəhid ailələri, Çernobıl iştirakçıları, rabitəçi ahıllar daim diqqət mərkəzindədir. Onların problemləri vaxtında həll olunur, maddi yardımlar verilir, pulsuz yollayışlarla təmin olunur».
Bununla yanaşı, S.Orucov qeyd edib ki, nazir Əli Abbasovun birbaşa nəzarəti ilə hər il Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə RİMHİRK arasında «Erməni təcavüzü nəticəsində işğal olunmuş rayonların qaçqın düşmüş rabitəçiləri ilə keçiriləcək görüşlər və başqa tədbirlər» haqqında birgə qrafik hazırlanır: «Bu tədbirlər planında keçiriləcək görüşlərin adı, keçirilmə tarixi, yeri, icraçı təşkilat və görüşdə iştirak edəcək rəhbər şəxslər dəqiq müəyyən edilir».
Daha sonra Təftiş Komissiyasının hesabatı və Mandat Komissiyasının açıqlaması dinlənilib. Sonra açıq səsvermə ilə S.Orucov RİMHİRK-nin sədri, Rəşad Səfərov isə sədr müavini seçilib və daha sonra komitənin Rəyasət heyətinin üzvləri təsdiq olunub.
İnfrastruktur
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib
Azərbaycan ilə Türkmənistan arasında ilk elektron TIR pilot daşınması keçirilib
Baş katib: Zəngəzur dəhlizi Avropaya yük daşımalarında məsafə və xərcləri azaldacaq
Xəbər Lenti
APA TV-də XƏBƏRAPARAN - CANLI
FHN Bakıda yaşayış binasında 6 liftin fəaliyyətini dayandırıb - VİDEO
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşıb
Fransa 15 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan edir - YENİLƏNİB
Krasnodara dron hücumu olub, bir nəfər ölüb, 10 nəfər yaralanıb
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Nyu-York birjasında təbii qazın dəyəri artıb
Bu günün valyuta məzənnələri
“Bitcoin"in qiyməti 66 min dolları ötüb
Dünya bazarlarında neftin qiyməti 92 dolları ötüb
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən iki nəfəri xilas edib
Tramp ölkəyə idxal edilən generik dərmanlara yeni gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb
KİV: İranla münaqişə zamanı 500-dən çox ABŞ hərbçisi yaralanıb
ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqlayıb - YENİLƏNİB
ABŞ İranın Buşehr şəhərinə zərbələr endirib
Tramp BMT-nin növbəti Baş katibi vəzifəsində FİFA prezidentini görmək istəyir
Tramp ABŞ ordusunun İranla müharibədə 18 hərbçisini itirdiyini açıqlayıb
Pentaqon ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının dəyərini açıqlayıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR
SEPAH Küveytdəki Əli əl-Salem bazasındakı radarlara zərbələr endirildiyini açıqlayıb
Zelenski Sırskini istefaya göndərib, Drapatıy Ukrayna Silahlı Qüvvələrinin komandanı təyin olunub - YENİLƏNİB
UEFA Çempionlar Liqası II təsnifat mərhələsi: “Fənərbaxça” qələbə qazanıb
Azərbaycanda Milli Mətbuat Günüdür
Çempionlar Liqası: “Sabah” minimalhesablı qələbə qazanıb
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB2
Ermənistan ordusunun hərbçisi ölüb
Səbail rayonunda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
İsrail Qəzzada silah daşıyan nəqliyyat vasitəsini zərərsizləşdirdiyini açıqlayıb
İran və Fransa XİN rəhbərləri ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər
Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb - YENİLƏNİB
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi ilə bağlı araşdırmalar yekunlaşıb
Pentaqon rəhbəri İranı onqat sərt cavabla hədələyib
FHN: Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib
Tramp: İran görüşmək istəyir, ancaq biz mənasız görüşlər keçirməkdə maraqlı deyilik
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Ermənistan güləşçiləri Azərbaycana gəlir
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
Deputat: Alman–Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi tərəfdaşlığı strateji institusional mərhələyə qaldırır
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
Azərbaycan-Almaniya tərəfdşlıq münasibətləri strateji mərhələyə yüksəlib - RƏY
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb - FOTO
Bakıda sıxlıq olan yollar açıqlanıb - FOTO
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Musiqi və incəsənət məktəblərində təhsilverənlərin sertifikatlaşdırma qaydası müəyyənləşib
Baş prokuror Kəlbəcərdə olub, vətəndaşları qəbul edib - YENİLƏNİB
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI