Bank Of Baku

Azərbaycanın magistral yollarında sürət həddi tədricən qaldırılacaq

Azərbaycanın magistral yollarında sürət həddi tədricən qaldırılacaq
# 25 iyul 2012 11:05 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın avtomobil yollarında yenidənqurma və tikinti işləri başa çatdıqdan sonra sürət həddinin artırılması gözlənilir. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-dən məlumat verilib.

Bildirilir ki, son illər respublikanın avtomobil yollarında həyata keçirilən işlər zamanı beynəlxalq standartların tətbiqi və iqtisadi inkişafa təkan verən faktorların müasirləşdirilməsi əsas prinsip olaraq qəbul edilib: «Belə olan halda müasir tələblər səviyyəsində qurulan avtomobil yollarında buraxma qabiliyyətini normal təmin etmək üçün sürətin artırılması vacib şərtlərdən biri sayılır».

Avtomobil yollarının layihələndirilməsi üzrə tikinti norma və qaydalarına görə, dağlıq ərazilər istisna olmaqla düzən relyefdə 1-ci texniki dərəcəli 4 zolaqlı hərəkət istiqaməti olan avtomobil yollarında hesabi sürət 150 km/saata qədərdir. Bütün bunları nəzərə alaraq respublikanın yenidən qurulmuş bir çox avtomobil yollarında nəqliyyatın keçməsini normal təmin etmək üçün hərəkət sürəti 110 km/saata qədər artırılıb: «Buna misal olaraq Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi, Ələt-Astara-İran ilə dövlət sərhədi və Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yollarının müəyyən hissələrini göstərmək olar. Yaxın gələcəkdə respublikanın bir çox avtomobil yollarında yenidənqurma və tikinti işləri başa çatdırıldıqdan sonra sürət həddinin qaldırılması gözlənilir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR