Bank Of Baku

«Azercell» London Olimpiya oyunları ilə bağlı güzəştli rouminq kampaniyasına başlayıb - FOTO

«Azercell» London Olimpiya oyunları ilə bağlı güzəştli rouminq kampaniyasına başlayıb -<font color=red> FOTO</font>
# 25 iyul 2012 16:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti 27 iyul-12 avqust tarixlərində Londonda keçiriləcək Olimpiya və 29 avqust-9 sentyabr tarixlərində keçiriləcək Paraolimpiya oyunları münasibətilə rouminq qiymətlərində xüsusi endirim elan edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, iyulun 25-dən sentyabrın 15-dək İngiltərədə olan «Azercell» abunəçiləri «Vodafone UK» mobil operatorunun şəbəkəsinə qoşulub güzəştli tariflərdən yararlana bilər.

«Azercell» fakturalı xətt abunəçiləri rouminqdə olarkən bütün istiqamətlərə 1 dəqiqəsi 1 manat tarifi ilə danışacaq. Bu zaman bütün istiqamətlərdə SMS-lər 10 qəpik, istifadə olunan hər 1 MB internet isə 1 manat tarifi ilə hesablanacaq.

Güzəştlər fakturasız xətt abunəçilərini də əhatə edir. Belə ki, «Sim-Sim» abunəçiləri bütün istiqamətlərdəki zənglərin dəqiqəsinə görə 1 manat, daxil olan zənglər üçün isə 50 qəpik ödəyəcək, 1 SMS-in qiyməti 10 qəpikdir.

Fakturalı xətt:

Xidmətin növü

Ölçü vahidi

Xidmət haqqı
AZN (ƏDV daxil)

Bütün istiqamətlərə zəng

Hər bir dəqiqə

1,00

Bütün istiqamətlərə SMS

Bir ədəd

0,10

GPRS

Hər bir MB

1,00



Fakturasız xətt:

Xidmətin növü

Ölçü vahidi

Xidmət haqqı AZN (ƏDV daxil)

Bütün istiqamətlərə zəng

Hər bir dəqiqə

1,00

Daxil olan zənq

Hər bir dəqiqə

0,50

Bütün istiqamətlərə SMS

Bir ədəd

0,10

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR