Bank Of Baku

Masallı-Astara avtomobil yolunda yeni körpü inşa edilir - FOTO

Masallı-Astara avtomobil yolunda yeni körpü inşa edilir -<font color=red> FOTO</font>
# 26 iyul 2012 09:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ələt-Astara-İran sərhədi avtomobil yolunun layihəsi çərçivəsində Masallı-Astara avtomobil yolunun 31+864-cü km-də yeni körpünün tikintisinə başlanılıb.

«Azəryolservis» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, Lənkəran çayının üzərindən keçəcək körpünün uzunluğu 216,3 metr, eni 28 metrdir. Altı aşırımdan ibarət olacaq körpüdə hazırda özül işləri və nəzərdə tutulan giriş-çıxış yollarında torpaq işləri həyata keçirilir. Layihə üzrə işlərin 11%-i artıq yerinə yetirilib.

Qeyd edək ki, 2011-ci ilin aprel ayında tikintisinə başlanılan körpünün 2014-cü ildə başa çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR