İB-dən «APA-Economics»ə verilən məlumata görə, iyun ayında tikinti materialları bazarında aktivlik və satış həcmi mövsümi amillərlə əlaqədar olaraq artsa da, orta bazar qiymətlərində azalma müşahidə edilib. İyun ayı əsasən Rusiyadan idxal edilən dikt və dəmir materiallarının qiymət azalması ilə yadda qalıb. Qiymət düşməsi dikt materiallarının bütün növlərində baş verib. Ötən ay qeydə alınan 12 mm-lik 15 manatlıq dikt iyun ayında 1,3% ucuzlaşaraq 14,80 manata bərabər olub. Dəmir materiallarının da qiymətində baş verən azalma əsasən dəmir boruların (-3,2%), şveller (-1,6), künyə (-2,1%) və sink təbəqələrin (-2,6) satışında müşahidə edilib. Sahibkarlar qiymət azalmalarını tikinti mövsümünün davam etməsi səbəbindən idxalın çox olması ilə əlaqələndiriblər.
Yerli istehsal üzrə isə bəzi tikinti materiallarında qiymət artımları müşahidə edilib. “Baku Steel Company” şirkətinin istehsalı olan armaturun tonu ötən aydakı 785 manata qarşı 0,6% bahalaşaraq 790 manat olub. Dəmir katinka da 12% bahalaşma nəticəsində ötən aydakı 0,25 qəpiyə qarşı 0,28 qəpiyə çatıb. Digər materiallar üzrə satış qiymətləri cüzi dəyişikliklərlə ötən ayda olduğu kimi davam etsə də, iyunda qiymətlər əvvəlki aya nisbətdə 0,31% azalıb. İlin əvvəli ilə müqayisədə qiymətlər 1,3%, ötən ilin müvafiq dövrünə nisbətdə isə 3,0% azalıb.
Dikt | -2,7 | Künyə | -2,1 |
Taxta | -2,2 | Şveller | -1,6 |
Laminat-parket | -1,2 | Dəmir boru | -3,2 |
Sink təbəqə | -2,6 |
|
|
Katinka | +7,3 | Asma tavan | +2,2 |
Armatur | +0,6 |
|
|