Bank Of Baku

Neftçilər prospekti boyunca su və kanalizasiya xətləri dəyişdirilir - FOTO

Neftçilər prospekti boyunca su və kanalizasiya xətləri dəyişdirilir - <font color=red>FOTO</font>
# 26 iyul 2012 15:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bakı şəhəri Neftçilər prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində “Azərsu” ASC ərazidən keçən magistral su və kanalizasiya xətlərinin dəyişdirilməsinə başlayıb.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə bildirilib ki, prospektin Funikulyorun qarşısından Əziz Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində uzun müddət istifadədə olan metal borulardan ibarət su və kanalizasiya xətləri polietilen borularla əvəzlənir. Hazırda prospekt boyunca 1960 metr uzunluğunda su, 250 metr uzunluğunda kanalizasiya xətti çəkilir.

Prospektin Puşkin küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsinə qədər olan hissəsində isə yeni magistral su xətti çəkilir. 1286 metr uzunluğunda müxtəlif diametrli polietilen borularla çəkilən su xətti bu ərazidə yeni tikilmiş yaşayış binalarının içməli su təminatını yaxşılaşdıracaq.

Təmir-tikinti işlərinin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur. Yeni xətlərin istismara verilməsi ilə bu ərazidə içməli su təchizatı və kanalizasiya sistemlərinin işini yaxşılaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR