Bank Of Baku

Nəqliyyat Nazirliyində kollegiya iclası keçirilib

Nəqliyyat Nazirliyində kollegiya iclası keçirilib
# 27 iyul 2012 10:51 (UTC +04:00)
Bakı – APA-Economics. Nəqliyyat Nazirliyində Azərbaycanın nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2012-ci ilin birinci yarım ilinin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, iclasda I yarım ilinin yekunları və qarşıda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub.

Kollegiya iclasının gedişində «Azərbaycan Dəmir Yolları» QSC-nin, «Azəryolservis» ASC-nin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hesabatları dinlənilib, əldə edilmiş uğurlar və bəzi sahələrdə hələ də mövcud olan çatışmazlıqlardan danışılıb, sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verilib.

Kollegiya iclasında müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR