Bank Of Baku

Bakı-Şamaxı yolunun genişləndirilməsinə başlanılıb

Bakı-Şamaxı yolunun genişləndirilməsinə başlanılıb
# 27 iyul 2012 13:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankının (DB) maliyyə vəsaiti hesabına genişləndiriləcək Bakı-Şamaxı yolunun 110 km-lik hissəsində işlərə artıq başlanılıb. Bu barədə «APA-Economics»ə DB-nın Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Nümayəndəlikdən verilən məlumata görə, artıq yolun genişləndirməsinə başlanılıb və işlər normal qaydada yerinə yetirilir: «Sözügedən işlər təxminən 1-2 ilə başa çatdırılacaq».

Qeyd edək ki, Bakı-Şamaxı yolunda tikinti işlərinin başlanmasında ləngimələrə bir neçə amil səbəb olub. İlk növbədə bu ərazidə yaşayış evlərinin köçürülməsi və ekoloji normalara riayət edilməsi olub. Bundan başqa, texniki dizaynın dəyişməsi məsələsi də ləngimələrin əsas səbəblərindəndir. Texniki dizaynın dəyişməsi zamanı DB-ya məlum oldu ki, işlərin xərcləri əhəmiyyətli dərəcədə artacaq. Bun görə DB Azərbaycan hökuməti ilə optimal variantı seçdi və bu variantın seçimi də müəyyən vaxt aparıb. Daha sonra tikinti işlərini aparacaq podratçını seçmək üçün tender keçirilib ki, bu da kifayət qədər vaxt aparıb.

Xatırladaq ki, Bakı-Şamaxı yolunun 110 km-lik hissəsinin genişləndirilməsinə DB tərəfindən Azərbaycan hökumətinə 2010-cu ilin avqust ayında 241,6 mln. ABŞ dolları məbləğində kredit ayrılıb. Layihənin ümumi qiyməti 356,15 mln. dollar təşkil edir. Bundan 50 mln. dollar Azərbaycan hökumətinin öhdəsinə düşür. DB-nin kredit vəsaitləri Bakı-Şamaxı yolunun bir hissəsinin 2 zolaqdan 4 zolağa qədər genişləndirilməsi üçün istifadə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR