Bank Of Baku

Azərbaycan turistləri «Flydubai» aviaşirkətinin yeni mobil veb-saytından istifadə edə biləcək

Azərbaycan turistləri «Flydubai» aviaşirkətinin yeni mobil veb-saytından istifadə edə biləcək
# 27 iyul 2012 14:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Flydubai» aviaşirkəti yeni mobil veb-saytını müştərilərinin istifadəsinə verib.

Şirkətdən verilən məlumata görə, veb-sayt vasitəsilə beynəlxalq istiqamətlər və tariflər haqqında ətraflı məlumat almaq mümkündür.
Eyni zamanda, müştərilər aviaşirkətin uçuş cədvəli, tariflər haqqında məlumat alıb və digər «on-line» xidmətlərdən istifadə edə bilər.

Aviaşirkətdən həmçinin bildirilib ki, www.flydubai.com resursunun mobil versiyası vasitəsilə təyyarənin salonunda yer seçmək, yük və sığorta ödənişlərini VISA və «MasterCard» kartları ilə həyata keçirmək mümkündür. Üstəlik, nağd üsulla edilən alış-verişi aviaşirkətin tərəfdaş şəbəkəsi vasitəsilə də həyata keçirmək olar. Saytda reyslərin carı vəziyyəti, təyyarələrin yola düşmə və çatma saatları, uçuşların müddəti haqqında məlumatlar da yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR