Bank Of Baku

“Hyundai” 220 min avtomobili geri çağırır

“Hyundai” 220 min avtomobili geri çağırır
# 30 iyul 2012 15:03 (UTC +04:00)
Bakı - APA-Economics. Cənubi Koreyanın “Hyundai” konserni ABŞ ərazisindən 220 min ədəd avtomobili geri çağırmaq qərarına gəlib.

APA-Economics”in CNN-ə istinadən xəbərinə görə, qadağa “Santa Fe” və “Sonata” modellərini əhatə edəcək.

Bu addıma səbəb avtomobillərin təhlükəsizlik yastıqlarının qəza vəziyyətində işləməməsi ehtimalıdır. Belə ki, yastıq alçaq boylu adamları qəbul etmir. Sözügedən istehsal qüsuru “Hyundai” tərəfindən pulsuz aradan qaldırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR