Bank Of Baku

Gəncədən İstanbula yeni aviareys açılıb

Gəncədən İstanbula yeni aviareys açılıb
# 31 iyul 2012 11:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Türk Hava Yolları» aviaşirkəti İstanbul-Gəncə marşrutu üzrə birbaşa uçuşlara başlayıb.

Aviaşirkətin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, Gəncədən İstanbula uçuşlar hər həftənin IV, VI və VII günləri saat 10:00-da yerinə yetirilir: «İyulun 31-də isə, yəni bu gün – saat 18:00-da Gəncə-İstanbul marşrutu üzrə bir əlavə reys yerinə yetiriləcək».

Gəncə-İstanbul aviareysinə bir biletin minimal qiyməti 89 avro, hər iki istiqamətə isə 169 avro təşkil edir. Sözügedən aviareys bu ilin oktyabr ayınadək yerinə yetiriləcək.

Qeyd edək ki, İstanbul-Gəncə marşrutu üzrə uçuşları həmçinin Türkiyənin «Onur Air» aviaşirkəti yerinə yetirir. «Onur Air» Gəncədən İstanbula həftənin VI və VII günlərindən başqa hər gün saat 08:25-də uçuşlar həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR