Bank Of Baku

«Samsung» və «Apple» arasında məhkəmə prosesi başlayıb

«Samsung» və «Apple» arasında məhkəmə prosesi başlayıb
# 31 iyul 2012 15:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Cənubi Koreyanın «Samsung Electronics» və ABŞ-ın «Apple» şirkətləri arasında məhkəmə prosesi başlayıb.

«APA-Economics»in məlumatına görə, məhkəmə işi ABŞ-da smartfon və planşet kompüterləri bazarında nəzarəti ələ keçirmək üçün patent mübahisəsi ilə bağlıdır.

«Apple» şirkəti «Samsung»a qarşı məhkəmə işini ötən il qaldırıb və «Samsung Electronics»i qeyri-qanuni olaraq özünün «iPhone» və «iPad» kimi məhsullarına bənzəyən smartfon və planşet kompüterlər istehsal etməkdə ittiham edib.

«Apple» 2,5 mlrd. ABŞ dolları məbləğində təzminat tələb edir, bu isə məhkəmə işini indiyədək patent məsələsində ən çox təzminat tələbli işə çevirib.

Öz növbəsində Cənubi Koreya şirkəti «Apple»ın uzun illər sənaye standartı olan texnologiyalardan istifadə edərək onları inkişaf etdirdiyini bəyan edir. Şirkət həmçinin «Apple»ın öz «iPhone» məhsulunu «Sony» şirkətindən oğurladığını iddia edir. «Samsung»un vəkilləri isə şirkətin 1991-ci ildən mobil telefonlar istehsal etdiyini, «Apple» şirkətinin isə texnologiya bazarına sadəcə 2007-ci ildə atıldığına da diqqət çəkirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR