Bank Of Baku

«Apple» gələn ay yeni məhsullarını təqdim edəcək

«Apple» gələn ay yeni məhsullarını təqdim edəcək
# 01 avqust 2012 07:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Sentyabrın 12-də ABŞ-ın «Apple» şirkəti yeni məhsullarının təqdimatını keçirəcək.

«APA-Economics»in xarici mətbuata istinadən verdiyi məlumata görə, gələn ay şirkət yeni «iPhone»dan başqa, yeddi düymlük «iPad»in, yenilənmiş ənənəvi «iPad»in və 2 ildən çox yenilənməyən «iPod»un təqdimatını keçirəcək. Bütün bu məhsulların artıq sentyabrın 21-də satışa çıxarılacağı gözlənilir.

Qeyd edək ki, yeni «iPhone» daha nazik korpusa və böyük diaqonallı ekrana malik olacaq. Bundan başqa, onun 4G şəbəkəsində işləyəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR