Bank Of Baku

Azərbaycanda tikinti işləri II rübdə 0,6% bahalaşıb

Azərbaycanda tikinti işləri II rübdə 0,6% bahalaşıb
# 02 avqust 2012 15:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin II rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,6% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, rüb ərzində yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,7%, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər isə 0,5% artıb: «Yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,9%, 6 və çoxmərtəbəli yaşayış evlərinin və sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər 0,6%, istehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,5% artıb».

Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,5%, körpü tikintisi üzrə qiymətlər isə 0,4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR