Bank Of Baku

Moskvada MDB aeroportlarında yerüstü xidmət mövzusunda beynəlxalq sərgi-konfransı keçiriləcək

Moskvada MDB aeroportlarında yerüstü xidmət mövzusunda beynəlxalq sərgi-konfransı keçiriləcək
# 03 avqust 2012 14:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sentyabrın 18-19-da Moskvada «Rusiya və MDB aeroportlarında yerüstü xidmət» mövzusunda III beynəlxalq sərgi və konfrans keçiriləcək.

«APA-Economics»in məlumatına görə, sözügedən tədbirdə Rusiya və MDB ölkələrinin hava limanlarında yerüstü xidmətin göstərilməsi və onun inkişaf perspektivləri müzakirə olunacaq. Sərgi və konfransda bir sıra ölkələrin aeroportları, aviaşirkətləri, lizinq şirkətləri və s. mütəxəssislər iştirak edəcək.

Konfransın əsas mövzuları sırasına «Rusiya və MDB aeroportlarının infrastrukturunun modernləşmə perspektivləri», «Yerüstü avadanlıq parkının idarə olunması: beynəlxalq təcrübə», «Yerüstü xidmətin yeni texnologiyaları», «Yerüstü avadanlıqların lizinqi və maliyyələşdirmə mexanizmi» və s. daxildir.

Mütəxəssislərin fikrincə, 2012-ci il Rusiya və MDB ölkələrinin əksəriyyəti aeroportların infrastrukturunu inkişaf etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR