Bank Of Baku

«Samsung» yeni «Galaxy Note» smartfonunu təqdim edəcək - FOTO

«Samsung» yeni «Galaxy Note» smartfonunu təqdim edəcək - <font color=red>FOTO</font>
# 04 avqust 2012 11:34 (UTC +04:00)
«APA-Economics»in «Reuters»a istinadən verdiyi məlumata görə, şirkət yeni smartfonun xarakteristikasını hələ açıqlamasa da, artıq «Galaxy Note»un ekranının diaqonalı 5,5 düym olduğu məlumdur. Bu isə əvvəlki «Note»dan 0,2 düym çoxdur.

Yeni smartfonun anonsu sentyabrın 12-dən iki həftə tez keçiriləcək. Belə ki, sentyabrın 12-də «Samsung»un smartfon bazarında əsas rəqibi olan ABŞ-ın «Apple» şirkəti yeni «iPhone»un, yeddi düymlük «iPad»in, yenilənmiş ənənəvi «iPad»in və 2 ildən çox yenilənməyən «iPod»un təqdimatını keçirəcək.

Qeyd edək ki, «Samsung» şirkəti «Galaxy Note»un ilk versiyasını 2011-ci ilin sentyabrın 1-də təqdim edib. Ekranın iri olmasına görə, «Galaxy Note»u smartfonla planşet arasında tuturlar. Cari ilin iyunun 1-ə olan məlumata əsasən, «Samsung» 7 mln. «Note» realizə edib.

Xatırladaq ki, 2012-ci ilin aprel ayından iyun ayınadək «Samsung» smartfon tədarükünə görə «Apple» şirkətini ikiqat geridə qoyub. Artıq bir ildən çoxdur ki, iki nəhəng şirkət arasında məhkəmə səviyyəsində mübahisə gedir – «Apple» şirkəti «Samsung»u istehsal zamanı onların məhsullarını təqlid etməkdə ittiham edir. İyulun sonunda «Apple»ın xahişi ilə Avropada «Galaxy Tab 7.7» planşetlərinin satışına qadağa qoyulub. Hazırda məhkəmə prosesi ABŞ-da davam etdirilir.

Öz növbəsində Cənubi Koreya şirkəti «Apple»ın öz «iPhone» məhsulunu «Sony» şirkətindən oğurladığını iddia edir. «Samsung»un vəkilləri isə şirkətin 1991-ci ildən mobil telefonlar istehsal etdiyini, «Apple» şirkətinin isə texnologiya bazarına sadəcə 2007-ci ildə atıldığına diqqət çəkirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR