Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda sərnişindaşıma tarifləri artıb

Azərbaycanın nəqliyyat sektorunda sərnişindaşıma tarifləri artıb
# 06 avqust 2012 07:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyun ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,5%, sərnişindaşıma tarifləri isə 1% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 3,3% ucuzlaşıb, yerli əlaqə üzrə 8,5%, tranzit üzrə 1,8%, ixrac üzrə isə 1,2% bahalaşıb. Eyni zamanda, beynəlxalq əlaqə üzrə sərnişindaşıma tariflərində 8,5% bahalaşma müşahidə olunub.

Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 1,9% ucuzlaşıb, digər xarici ölkələrə isə 2,1% bahalaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,8% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR