Bank Of Baku

Nazir müavini: «Azərbaycanda İKT təşkilatlarına maliyyə dəstəyi göstəriləcək»

Nazir müavini: «Azərbaycanda İKT təşkilatlarına maliyyə dəstəyi göstəriləcək»
# 06 avqust 2012 12:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda yaradılmış İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu bu sahədə fəaliyyət göstərən təşkilatlara maliyyə dəstəyi göstərəcək. «APA-Economics»in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, Fond həmçinin İKT sənayesinin gücləndirilməsinə və ölkədə ixrac yönümlü istehsalın formalaşmasına dəstək verəcək: «Məqsəd Azərbaycanı iqtisadi cəhətdən qüdrətli ölkələrdən birinə çevirməkdir. Ölkədə aparılan fəaliyyət İKT sənayesinin daha geniş formalaşmasına, regional tələbatın ödənilməsinə, qlobal bazarda rəqabətə dayanıqlı məhsulların və xidmətlərin göstərilməsini təmin etməyə yönəldilib. Məhz bu halda İKT sahəsinin gəlirləri bir qədər də artıb ölkə iqtisadiyyatına öz töhfəsini verəcək».

Qeyd edək ki, sözügedən Fond İKT sahəsində yüksək biliklərə malik olan mütəxəssisləri cəlb etməyə, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmağa, hər layihə üçün əsaslandırılmış rəy tərtib etməyə və birgə layihələri idarə etmək üçün menecment bazası yaratmağa, intellektual biznesin inkişafına xidmət edəcək. Eyni zamanda Fond İKT sahəsində innovasiya mühitinin inkişaf etdirilməsi məqsədilə vençur maliyyələşdirməsini təmin edəcək. Vençur maliyyələşməsi yolu ilə kiçik və yeni şirkətlər tərəfindən aparılan riskli, lakin perspektivli xarakter daşıyan innovasiya layihələrində xarici investorların kapitalından istifadə imkanı yaranmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR